az ru en

Xəbərlər


01/08/2021

"ESKİM" şirkətinin rəhbəri "FAB Boya"-nı ziyarət etdi

02.05.2018-ci il tarixində şirkətimizin ən böyük xammaddə təchizatçılarından olan "ESKİM Eskişehir Kimya Sanayi ve Ticaret Anonim Şirketi"-nin Təsisçisi Yılmaz Tezgören və şirkətin müdir müavini, eyni zamanda "TEZKOM KOMPOZİT Teknolojileri Sanayi ve Ticaret A.Ş."-in təsisçisi və baş İcraçı direktoru Emre Tezgören "FAB Boya və Kimya Sənayesi" MMC-nin qonağı oldular. Şirkətimizdə baş verən yeniliklər və innovativ istehsal sahələri ilə tanış olan qonaqlar "FAB Boya"-nın Baş direktoru Kənan Məhərrəmov ilə görüşdülər. 

1975-ci ildə Yılmaz Tezgören tərəfindən qurulan "ESKİM Eskişehir Kimya Sanayi ve Ticaret Anonim Şirketi" mebel və tikinti sektorları üçün boya, habelə tikinti, sənaye, poliester məhsullar və alkid maddələr istehsal etməkdədir. Müasir laboratoriyalarla təchiz edilmiş və üstün texnologiyaya sahib zavodlarda istehsal edilən yüksək keyfiyyətli, doymamış poliester maddələr, köməkçi materiallar və incəldicilər, habelə gəmiçilik, nəqliyyat, kənd təsərrüfatı, elektrik, tikinti və digər sektorlar üçün məhsullar; sink, süni mərmər, dam örtükləri, su anbarları, tikinti-quruluş panellər, elektrik-mühafizə qutuları istehsalını həyata keçirir.

Şirkətimiz adından dəyərli qonaqlara şəxsi və işgüzar həyatlarında uğurlar arzulayırıq.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet