az ru en

Xəbərlər


27/04/2018

"Anchor Allied " şirkətinin təmsilçisi FAB Boyada

27.04.2018-ci il tarixində "Anchor Allied” şirkətinin Satış mudiri Sohail Ahmed "FAB Boya və Kimya Sənayesi”MMC-nin qonağı oldu, şirkətimizin Satınalma müdiri Rəvan Məmmədov ilə görüşdü.

Fəaliyyətə 1995-ci ildən BOPP qablaşdırma filmlərinin istehsalı ilə başlayan "Anchor Allied” şirkəti bu gün hermetik vasitələrin, sprey və digər məhsulların dünya üzrə ən iri həcmli istehsalçılarından birinə çevrilmişdir. Yaxın və Uzaq Şərqdə, habelə Cənub-Şərqi Asiya, MDB və Avropa ölkələrindəki şirkətlərlə partnyorluq əlaqələri quran "Anchor Allied”-in istehsal etdiyi məhsul çeşidləri sırasına silikon hermetik maddələr, sprey-boyalar, həşərat üçün kimyəvi maddələr də daxildir.

       Hörmətli qonağa şəxsi və işgüzar həyatında uğurlar arzulayırıq.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet