Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
"AZERİ BUSİNESS AWARD" 2016 | FAB BOYA

az ru en

Xəbərlər


22/03/2023

"AZERİ BUSİNESS AWARD" 2016

  2016-cı il dekabr ayının 14-də "JW Marriott Absheron Baku” otelində biznes sahəsində 2016-cı ilin yekunları üzrə "Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi baş tutmuşdur.

  "Azeri Business Award” 2016 təqdimat mərasimi 100 aparıcı şirkətin nümayəndələrini, yüksək səviyyəli menecerləri, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçiləri, xarici qonaqları və KİV nümayəndələrini öz ətrafında top-ladı. "Ölkələrimiz arasında ikitə-rəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə” mükafata Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Aureliya Buşez layiq görüldü. Dəvət olunan qonaq-ların arasında digər diplomatik nüma-yəndələr də iştirak edirdi.

  "Azeri Business Award” milli mükafatının təsisçisi Azərbaycanın aparıcı işgüzar dərgisi olan - "Business Time” jurnalıdır.

  "FAB Boya və Kimya Sənayesi” MMC "Keyfiyyət Lideri” nominasiyasında ”Azeri Business Award"-2016 mükafatına layiq görüldü. Şirkətimiz keyfiyyətli məhsul istehsalına, müasir keyfiyyətə nəzarət laboratoriyalarına, müəssisəmizdəki mükəmməl şəkildə qurulmuş idarəetmə sisteminə, şirkətin öz əməkdaşlarını və müştərilərini yüksək dəyərləndirdiyinə, ildənilə yeni texnologiyaların tətbiqinə, yeni çeşidlərin təqdim edilməsinə görə Azərbaycanda öndə gedən şirkətlər sırasındadır. Şirkətimizin bu il bazarda apardığı aktiv reklam siyasəti və istehsala investisiya yatırımları təqdirəlayiqdir.

  "FAB Boya və Kimya Sənayesi” MMC adından təltifetmə mərasimində iştirak edən Satış və Marketinq Departamentinin Müdiri Fuad Əlişov çıxış edərək, "şirkətimizin uğurunu yüksək dəyərlən-dirdiklərinə görə mükafatın təşkilatçılarına öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, "FAB Boya və Kimya Sənayesi” MMC bundan sonra əldə etdiyi nailiyyətləri və qazandığı uğurları qoruyub saxlayacaq və ölkə iqtisadiyyatının inkişafı yolunda daha uca zirvələri fəth edəcəkdir.

  Bu il təsis olunmasının 15-ci ildönümünü qeyd edən "FAB Boya və Kimya Sənayes” MMC inşaat sektorunda, o cümlədən, biznesin idarə edilməsi sahəsində hər zaman lider mövqedədir. Bütün bunlara yekun olaraq, şirkətimizə 2017-ci ildə daha yeni müvəffəqiyyətlərə imza atmağı arzulayırıq.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet