UĞUR-2016

Hər il biznes və iqtisadiyyat sahəsində uğurlu fəaliyyətləri və yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasın-da fəallıq göstərən şirkətlər və təşkilatlar nüfuzlu "UĞUR” milli mükafatı ilə dəyərləndirirlər. 20 dekabr tarixində möhtəşəm "Boulevard Hotel Baku” mehman-xanasında mükafatı 2016-cı il üzrə qaliblərinin təltif-etmə mərasimi keçirildi.
Xatırladaq ki, nüfuzlu "Consulting & Business” jurnalı tərəfindən təsis olunan "UĞUR-2016" bu dəfə də iqtisadiyyatın müxtəlif sahələri üzrə aparıcı şirkətləri əhatə edirdi.
Təqdimat mərasimini giriş nitqi ilə "Uğur” milli mükafatının Təşkilat Komitəsinin rəhbəri İbrahim Baharov açaraq hörmətli qonaqları salamladı və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
"UĞUR” mükafatı növbəti dəfə biznes sferasında ən yaxşılarını nümayiş etdirdi. Artıq 16 ildir ki, təqdim edilən bu mükafat böyük uğurlar qazanan yerli şirkətlərin dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə verilən bir dəyərdir.
Bu dəfəki təqdimatda 17 laureat müxtəlif nominasiyalar üzrə yaxşıların yaxşısı seçildi.
Qeyd edək ki, "UĞUR” milli mükafatı "Consalting&Business” jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. "UĞUR” Azərbaycanda biznes və iqtisadiyyat sa-həsində ilk və ən nüfuzlu mükafatdır, milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nə-ticələr əldə etmiş, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yüksəlməsinə töhfə verən iş adam-larına, dövlət və ictimai xadimlərə təqdim olunur.
"FAB Boya və Kimya Sənayesi” MMC növbəti dəfə "BOYA VƏ KİMYA SƏNAYESİ ÜZRƏ İLİN ŞİRKƏTİ” mükafatına layiq görüldü.
"FAB Boya və Kimya Sənayesi” MMC adından təltifetmə mərasimində iştirak edən şirkətimizin Satış və Marketinq Departamentinin Müdiri Fuad Əlişov çıxış edərək, şirkətimizin uğurunu yüksək dəyər-ləndirdiklərinə görə mükafatın təşkilatçılarına öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, "FAB Boya və Kimya Sənayesi” MMC bundan sonra əldə etdiyi nailiyyətləri və qazandığı uğurları qoruyub saxlayacaq və ölkə iqtisadiyyatının inkişafı yolunda daha uca zirvələri fəth edəcəkdir.