az ru en

Xəbərlər


02/08/2021

,,Öz dünyanı boya" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

 Bu gün Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və Kimya Sənayesi MMC"nin təşkilatcılığı və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilən ,,ÖZ DÜNYANI BOYA"adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı. Sərgidə 170 şagirdin 200 dən çox əl işi nümayiş olundu.

 Dekabr ayının 17-də keçirilən müsabiqənin I hissəsində FAB Boya və Kimya Sənayesi MMC" nin təsisçisi Anar Əliyev, baş direktor Kənan Məhərrəmov münsiflər heyətinin üzvləri Azərbaycan rəssamlar ittifaqının katibi, Xalq rəssamı, Professor Ağaəli İbrahimov, Xalq rəssamı, Professor Arif Hüseynov, Əməkdar mədəniyyət işçisi, sənətşunas Ziyadxan Əliyev, təqdim olunmuş əsərlərə baxmış və seçilmiş mövzuya uyğun ən yaxşılarını qalib elan etmişlər.
Sərgiyə dəvət olunan şagirdlər və qonaqlar əvvəlcə "FAB Boya və Kimya Sənayesi MMC" nin istehsalat prosesi, yenilikləri, məhsul çeşidləri ilə yaxından tanış oldular. Daha sonra sərgini giriş sözu ilə "FAB Boya və Kimya Sənayesi MMC"nin baş direktoru Kənan Məhərrəmov açdı. O,gələn qonaqları və sərgi iştirakçılarını salamladıqdan sonra I-ci yerə layiq görülmüş qalibləri mükafatlandırdı.

 İctimaiyyətin, Rəssamlar ittifaqının və KİV-in iştirakı ilə keçirilən tədbirdə bir sıra çıxışlar səsləndirildi. Sonda qaliblər, sərgiyə qatılan bütün iştirakçılar plaket, fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet