,,Öz dünyanı boya" adlı rəsm müsabiqəsinin qalibləri seçildi

17 dekabr 2016-cı il tarixində Xalq rəssamı, professor Ağaəli İbrahimov, Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əlivev şirkətimizin qonağı oldular. Şirkətimizin təsisçisi Anar Əliyev və baş direktoru Kənan Məhərrəmov qonaqlarla görüşüb onlara fabrikimizin istehsalat prosesi,yenilikləri, məhsul çeşidləri haqqında geniş məlumat verdilər. Səmimi keçən görüşdən sonra "FAB Boya və Kimya Sənayesi MMC”-nin məktəblilər arasında təşkil etdiyi ,,Öz dünyanı boya” adlı rəsm müsabiqəsinin qalibləri seçildi. Qonaqlar məktəblilər arasında belə bir sərginin keçirilməsini yüksək qiymətləndirib şirkətin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Onu da qeyd edək ki, sərgidə 170 məktəblinin 200-dən çox əsəri iştirak edir.Qaliblərin mükafatlandırma mərasimi 24 dekabr 2016 cı il tarixində keçiriləcəkdir.