Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
"FAB BOYA" komandasının mükafatlandırılması | FAB BOYA

az ru en

Xəbərlər


22/03/2023

"FAB BOYA" komandasının mükafatlandırılması

  15.04.2016-cı il tarixdə "FAB Boya və Kimya Sənayesi" MMC-nin konfrans zalında "FAB Boya" komandası üzvlərinin mükafatlandırılma mərasimi həyata keçirildi. Tədbirdə "FAB Boya və Kimya Sənayesi" MMC-nin Baş Direktoru Kənan Məhərrəmov və şirkətin hüquqşünası Ağarəhim Abdurahmanov iştirak etdilər. Mərasimi giriş sözü ilə açan Kənan Məhərrəmov, başda baş məşqçi Rafael Hüseynov olmaqla, "FAB Boya" komandasının üzvlərini salamladı. Komanda üzvlərini "Neftçi" İdman KLubunun "Samboçular" komandası üzərində qazanılan qələbə münasibəti ilə təbrik edən Kənan müəllim oyunla bağlı təəssüratlarını "FAB Boya" komandasının üzvləri ilə bölüşdü, onlardan bir sıra tövsiyə və məsləhətlərini əsirgəmədi. Sonra Ağarəhim müəllim çıxış edərək, oyunda baş verən bir sıra maraqlı məqamlara toxundu. Ardınca "FAB Boya" komandasının baş məşqçisi Rafael Yusifov çıxış edərək, öz növbəsində komanda üzvləri adından şirkət rəhbərliyinə futbol komandamız üçün, ümumilikdə əməkdaşların sağlamlıq və istirahətini düşünərək yaratdıqları gözəl şərait üçün öz minnətdarlığını bildirdi və qeyd etdi ki, oyunçularımız əldə etdikləri qələbəni qoruyub saxlayacaq və inkişaf etdirəcəklər.

  İncə yumor və ruh yüksəkliyi atmosferində davam edən tədbiri son sözlə bağlayan Kənan müəllim bir daha "FAB Boya" komandasının üzvlərini bu qələbə münasibətilə təbrik etdi, şirkətimizə bu qalibiyyəti bəxş etdikləri üçün "FAB Boya və Kimya Sənayesi" MMC adından komandamızın hər bir üzvünə öz təşəkkürünü bildirdi və arzu etdi ki, komandamızın uğuru davamiyyətli olsun, onlar bundan sonra daha böyük qələbələrə imza atsınlar.

  Sonda Kənan Məhərrəmov komanda üzvlərinə qiymətli hədiyyələr təqdim etdi.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet