Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
"FAB Boya" və "NEFTÇİ" İdman Klubunun "Samboçular" komandası arasında oyun | FAB BOYA

az ru en

Xəbərlər


24/03/2023

"FAB Boya" və "NEFTÇİ" İdman Klubunun "Samboçular" komandası arasında oyun

 14.04.2016-cı il tarixdə "FAB Boya" komandası öz meydançasında "NEFTÇİ" İdman Klubunun "Samboçular" komandasını qəbul etdi. Rafael Yusifovun baş məşqçilik etdiyi komandanın heyəti aşağıdakı kimidir:

1. Anar Kərimov. 3. Fikrət Quliyev. 4. Rəşad Namazov. 5. Tural Abbasov. 9. Oruc Quliyev. 10. Sabit Həsənov. 11. Vüsal Namazov. 14. Vüsal Hüseynov. 20. Abuzar Qədirov.

"FAB Boya" komandası son oyunda olduğu kimi yenə ilk dəqiqələrdən üstünlüyü ələ keçirən tərəf oldu. Azarkeş dəstəyinin gurultulu alqışları və dəstəyi ilə müşayiət olunan bu matçda oyunçularımızda həyəcan hiss olunurdu. Qurulan hücumlar növbələşsə də, oyunda hələ də qol abu-havası hiss olunmurdu. Rəqib ara-sıra əks hücumlarda qapıçımız Anar Kərimovu və müdafiə xəttini gərginlik içində saxlasa da, müdafiəçilərimiz vəziyyəti tam nəzarət altında saxlayırdılar - 14 nömrəli oyunçu Vüsal Hüseynov və 3 nömrəli oyunçu Fikrət Quliyev sanki arxa xətt üçün canlı sipər qurmuşdular. Lakin ilk oyunda olduğu kimi, bu dəfə də hesabı açan tərəf"FAB Boya" komandası oldu. Oyunun 40-cı dəqiqəsində 10 nömrəli oyunçu, komandanın kapitanı Sabit Həsənovun ötürdüyü topla qapıçı ilə üzbəüz qalan Oruc Quliyev hesabı açmağa nail oldu. "FAB Boya" 1 - 0 "Samboçular". İlk hissə bu nəticə ilə başa çatdı.

İkinci hissə də, ara sıra əks-hücumlar təşkil etməklə kifayətlənən rəqib komandasının müdafiəsi və "FAB Boya" komandasının hücumları atmosferində davam etdi. Qurulan hücumlardan faydalanan yenə də ev sahibləri oldu. Oyunun 57-ci dəqiqəsində10 nömrəli oyunçu Sabit Həsənovunyan xətt atışından ötürdüyü topu 20 nömrəli oyunçu Abuzar Qədirov başla qapıdan keçirdi. "FAB Boya" 2 - 0 "Samboçular". Bu qoldan ruhlanan "FAB Boya"komandası oyunun 65-ci dəqiqəsində 3-cü qola da imza atdı . Sabit Həsənovun ötürdyü topla sonradan oyuna daxil olan Vüsal Namazovqapıçı ilə üzbəüz qalıb hesabı artırdı. "FAB Boya" 3 - 0 "Samboçular". Ruh yüksəkliyinin pik həddini yaşayan komandamız bir-birini əvəzləyən qolları bir daha təkrarladı və oyunun 75-ci dəqiqəsində Sabit Həsənov rəqibin mərkəzdə itirdiyi topu ələ keçirib, bu səhvin ona baha başa oturduğunu anlatdı."FAB Boya" 4 - 0 "Samboçular". Bu qoldan sonra əminlik hissi komandamızın üzvlərini "təhlükəsizlik kəmərinin" boşaltmağı ilə nəticələndi. Belə ki, rəqib aradakı fərqi azaldmağa nail oldu. Əvvəlcə 82-ci dəqiqədə cərimə meydançasında top "FAB Boya" futbolçusunun əlinə dəydiyi üçün qapımıza təyin olunan 11-metrlik cərimə zərbəsi qolla nəticələndi "FAB Boya" 4 - 1 "Samoçular". 86-cı dəqiqədə müdafiədə yaranan boşluqdan yararlanan rəqib oyunçu hesab arasındakı fərqi bir qədər də azaltdı. "FAB Boya" 4 - 2 "Samboçular".

Beləliklə, "FAB Boya və Kimya Sənayesi" MMC-nin futbol meydançasında "FAB Boya" və "NEFTÇİ" İdman Klubunun "Samboçular" komandaları arasında baş tutan yoldaşlıq görüşü 4-2 hesabı ilə başa çatdı.

Şirkətimiz adından "FAB Boya" komandasının baş məşqçisi Rafael Yusifov başda olmaqla, komandamızın bütün üzvlərinə oyun üçün öz təşəkkürümüzü bildirir, komandanın heyətinə şəxsi və işgüzar həyatlarında uğurlar arzulayırıq.

"FAB Boya və Kimya Sənayesi" MMC adından, həmçinin, "Samboçular" komandasının üzvlərinə şəxsi və işgüzar, habelə gələcək yarışlarda uğurlar arzulayırıq.







Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet