az ru en

Xəbərlər


01/08/2021

"FAB BOYA VƏ KİMYA SƏNAYESİ" MMC-DƏ 07-09.04.2016-CI İL TARİXDƏ TƏLİM-TANITM SEMİNARI

Məlumdur ki, "FAB Boya və Kimya Sənayesi" MMC vaxtaşırı respublikamızın müxtəlif bölgələrindən olan ustalar üçün Tanıtım və Təlim seminar proqramlarını həyata keçir. Bu barədə bülletenimizinötən saylarında ətraflı məlumat vermişik.

Şirkətimiz tərəfindən sayca 5-ci Təlim-Tanıtım seminar proqramı 07-09.04.2016-cı il tarixləri arasında təşkil olundu. Bu proqramı realladırmaqda şirkətimizin məqsədi inşaat sektorunda çalışan insanlarla sıx iş birliyi yaratmaq,onları "FAB Boya və Kimya SənayesiMMC-nin yaranma və fəaliyyət tarixi, həmçinin, hazırda şirkətdə baş verən istehsal prosesləri ilə tanış etmək, habelə, ustalara istifadə etdikləri məhsulların istehsalı, tərkibi, istifadəolunmavə saxlanılma qaydaları, gələcəkdə yaranacaq hər hansı problemlərin və çətinliklərin həlli yollarını ətraflı şəkildəizah etməkdir.

Seminar proqramının müvafiq layihəsi çərçivəsində qonaqlar proqramın I günü - 07.04.2016-cı il tarixində "FAB Boya və Kimya Sənayesi" MMC-nin bölmə və fabrikləri, burada baş verən istehsal prosesləri, istehsal olunmuş hazır məhsulların, habelə, çeşid sayı 30 000 minə çatan, şirkətimizin distribyutoru olduğu, dünyanın ən tanınmış brendlərinə məxsus inşaat malları və aksessuarlarının depolanması və dağıtımı proseslərinin canlı şahidi oldular. "FAB Akademiyası" - nın I korpusunda fəaliyyət göstərən Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları, Araşdırma və İnkişaf Laboratoriyaları, habelə, 2015-ci ildə öz işinə başlamış "FAB akademiyası" - nın II korpusunda çalışan Plastik Məhsulların Keyfiyyətinə Nəzarət Laboratoriyası,habelə, şirkət əməkdaşları üçün qurulmuş əmək və istirahət şəraiti ilə canlıtanış olmağa dəvət olundular.

08.və 09. 04.2016-cı il tarixlərində keçirilən dərs günləri Keyfiyyətə Nəzarət Laboratoriyasının müdiri Toğrul Məhərrəmov və Araşdırma və İnkişaf Laboratoriyasının müdiri Murat Eker boyanın sirrlərinə həsr olunmuş dərsləri apardılar. Ustalar Sinif otağında keçirilən dərslərə, Araşdırma və İnkişaf Laboratoriyasında reallaşdırılan təcrübələrə böyük maraq və həvəs nümayiş etdirdilər. Çay fasiləsində seminar aparıcılarına verilən çoxsaylı suallar və fikir mübadiləsi, nahar süfrəsi arxasında səmimi ünsiyyət proqramın maraqlı məqamlarından oldu.

Təlim Seminar proqramının sonunda Toğrul Məhərrəmov və Murat Eker şirkətimiz adından seminar iştirakçılarına bu proqrama qatıldıqlarına görə öz təşəkkürlərini bildirdilər, gələcəkdə öz peşəkar fəaliyyətləri ilə əlaqədar yaranacaq hər hansı bir problemlərlə bağlı şirkətimizin keyfiyyətə nəzarət laboratoriyalarına müraciət etməklərini tövsiyə edərək onlara gələcək həyatlarında və işlərində uğurlar arzuladılar.

Ardınca qonaqlara Təlim Seminar proqramında iştirak haqqında müvafiq Sertifikat və simvolik hədiyyələr təqdim olundu.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet