az ru en

Xəbərlər


29/03/2016

GƏNC MÜHƏNDİSLƏR CƏMİYYƏTİ "FAB BOYA VƏ KİMYA SƏNAYESİ" MMC-DƏ

  2001-ci ildə yaradılmış "FAB Boya və Kimya Sənayesi” MMC  2016-cı ildə 15 yaşını qeyd edir. Bu əlamətdar tarixə həsr olunmuş seminarlar silsiləsi çərçivəsində biz şirkətimizə respublikanın orta və ali təhsil ocaqlarında tədris alan tələbələıri, müxtəlif təşkilatları və qurumları şirkətimizə dəvət edir, onları "FAB Boya və Kimya Sənayesi” MMC-nin fəaliyyəti, yaranma tarixi ilə tanış edirik.

  Bu dəfəki qonağımız Azərbaycan Gənc Mühəndislər Cəmiyyətinin üzvləri oldu.

 Gənc Mühəndislər Cəmiyyəti 2012-ci ildən mühəndislik sahəsində təhsil alan bir qrup tələbənin təşəbbüsü ilə sosial qrup olaraq təsis edilib. Cəmiyyətimizin əsas məqsədi Azərbaycanın və dünyanın müxtəlif texniki ali və orta məktəblərində təhsil alan, məzun olan, bu istiqamətlərdə çalışan, həmçinin mühəndislik sahələrinə marağı olan gənc və yeniyetmələri bir araya toplayaraq, onlar arasında maarifləndirmə və təşkilatlanma işinə töhfə vermək, fikir və bilgi mübadiləsini gücləndirmək, ölkədə texniki təhsilə marağı stimullaşdırmaqdır.

 Bu günə qədər cəmiyyət üzvlərinin çoxsaylı müraciətləri əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, BP şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, AYAN MMC, Qafqaz Universiteti, Azərtexnolayn MMC və digər bu kimi təsisatların dəstəyi ilə müxtəlif zamanlarda ekskursiyalar, seminarlara qatılan cəmiyyət "FAB Boya və Kimya Sənayesi" MMC-nin yaranması və fəaliyyəti ilə maraqlanaraq, bu məqsədlə 26 mart 2016-cı ildə şirkətimizə cəmiyyətinin üzvləri, başda cəmiyyətin sədri Elvin Səfərli olmaqla, təşrif buyurdular. Seminarda Bakı Dövlət, Qafqaz, Xəzər, Sumqayıt Dövlət və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərinin tələbələri olan üzvləri iştirak etdilər.Öz fəaliyyətini ölkə iqtisadiyyatının inkişafı istiqamətində yönəltmək, dövlətin iqtisadi potensialını artırmaq naminə səy və bacarığını əsirgəməmək istiqamətində quran "FAB Boya və Kimya Sənayesi" MMC bu gün respublikamızın ali təhsil ocaqlarında tədris alan gənclərlə sıx əlaqələr yaratmaqla onların iqtisadi və texniki biliklərini istehsalata tətbiq etmək, eyni zamanda onların gələcək professional işlərində fəaliyyətində rol oynamaq məqsədini izləyir.

  Tələbələrin çoxsaylı suallarını cavablandıran şirkət əməkdaşları gənclərlə ünsiyyətdən, həmçinin, onların bilik səviyyəsindən və təhsilə, istehsalat sahəsinə göstərdikləri maraqdan məmnun qaldıqlarını vurğuladılar.

 Sonra çıxış edən Gənc Mühəndislər Cəmiyyətinin sədri Elvin Səfərli "FAB Boya və Kimya Sənayesi" MMC tərəfindən yaradılan şəraitdən və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlıqdan məmnun qaldığını bildirdi. Sonra Elvin bəy qeyd etdi ki, bu kimi görüşlər gələcəyin gənc mütəxəssisləri olan tələbələr üçün onların əmək fəaliyyətlərinin təşkil olunmasında və peşə seçimində böyük əhəmiyyət daşıyır.

 Görüşü son sözlə bağlayan şirkət əməkdaşları Gənc Mühəndislər Cəmiyyətinin üzvlərinə, cəmiyyətin sədri Elvin Səfərli başda olmaqla, bu tədbirdə iştirak etdikləri üçün "FAB Boya və Kimya sənayesi" MMC adından öz təşəkkürlərini bildirdilər, gələcəkdə də belə əhəmiyyətli görüşlərin davam etdiriləcəyini qeyd etdilər və onların, həmçinin respublikamızın başqa təhsil ocaqlarından olan gəncləri şirkətimizdə bir daha görəcəyimizə ümidvar olduqlarını bildirdilər.

  Görüşün sonunda qonaqlar nahar süfrəsinə dəvət olundular və simvolik hədiyyələrlə təltif olundular.






Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet