Ustalar üçün növbəti Seminar proqramı

Növbəti Təlim Tanıtım seminar proqramı şirkətimiz tərəfindən 07-09.01.2016-cı il tarixdə təşkil olundu. Bu proqramı reallaşdırmaqda şirkətimizin məqsədi inşaat sektorunda çalışan insanlarla sıx iş birliyi yaratmaq, onları "FAB Boya və Kimya Sənayesi” MMC-nin yaranma və fəaliyyət tarixi, həmçinin, hazırda şirkətdə baş verən istehsal prosesləri ilə tanış etmək, habelə, ustalara istifadə etdikləri boya və keramika yapışdırıcılarının istehsalı, tərkibi, istifadə olunma və saxlanılma qaydaları, gələcəkdə yaranacaq hər hansı problemlərin və çətinliklərin həlli yollarını ətraflı şəkildə izah etməkdir.
Seminar proqramının müvafiq layihəsi çərçivəsində qonaqlar ilk öncə "FAB Boya və Kimya Sənayesi" MMC-nin bölmə və fabrikləri, burada baş verən istehsal prosesləri, istehsal olunmuş hazır məhsulların, habelə, çeşid sayı 30 000 minə çatan, şirkətimizin distribyutoru olduğu, dünyanın ən tanınmış brendlərinə məxsus inşaat malları və aksessuarlarının depolanması və dağıtımı proseslərinin canlı şahidi oldular. "FAB Akademiyası" - nın I korpusunda fəaliyyət göstərən Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları, Araşdırma və İnkişaf Laboratoriyaları, habelə, 2015-ci ildə öz işinə başlamış "FAB akademiyası" - nın II korpusunda çalışan Plastik Məhsulların Keyfiyyətinə Nəzarət Laboratoriyası, habelə, şirkət əməkdaşları üçün qurulmuş əmək və istirahət şəraiti ilə canlı tanış olmağa dəvət olundular.
Keyfiyyətə Nəzarət Laboratoriyasının müdiri Toğrul Məhərrəmov və Araşdırma və İnkişaf Laboratoriyasının müdiri Murat Eker boyanın sirrlərinə həsr olunmuş dərsləri apardılar.
Sonda Toğrul Məhərrəmov və Murat Eker seminar proqramını bağlı elan etdilər, şirkətimiz adından seminar iştirakçılarına bu proqrama qatıldıqlarına görə öz təşəkkürlərini bildirdilər, gələcəkdə öz peşəkar fəaliyyətləri ilə əlaqədar yaranacaq hər hansı bir problemlərlə bağlı şirkətimizin keyfiyyətə nəzarət laboratoriyalarına müraciət etməklərini tövsiyə edərək, bir daha onları "FAB Boya və Kimya Sənayesi” MMC-də görəcəklərinə ümidvar olduqlarını bildirdilər və onlara gələcək həyatlarında və işlərində uğurlar arzuladılar.