az ru en

Xəbərlər


16/06/2021

İlin Keyfiyyətli Boya İstehsalçısı FAB BOYA

  "İlin Şirkəti" milli mükafatının 2015-ci ilin yekunları üzrə laureatları dekabrın 16-da Jumeirah Bilgah Beach mehmanxanasında keçirilən təntənəli təqdimat mərasimində elan olundular.

  Qeyd edək ki, "İlin Şirkəti 2015" mükafatına 23 laureat - biznes sferasında son bir ildə əldə etdikləri nailiyyətlərə görə bu yüksək mükafatlara layiq görüldülər.

  Laureatlar arasında iri maliyyə institutları və sənaye şirkətləri ilə yanaşı, öz fəaliyyətində böyük uğurlar qazanmış telekommunikasiya və tikinti şirkətləri, pərakəndə ticarət şəbəkələri, avtomobil idxalçıları, ölkənin tanınmış iri və orta sahibkarlıq müəssisələri, həmçinin media strukturları da var.

  Xatırladaq ki, "İlin Şirkəti" mükafatı 2006-cı ildə nüfuzlu Consulting&Business jurnalıtərəfindən təsis olunub və hər il təqdim olunur.

  "FAB Boya və Kimya SənayesiMMC növbəti dəfə "İLİN KEYFİYYƏTLİ BOYAİSTEHSALÇISInominasiyasında ”İLİN ŞİRKƏTİ” mükafatına layiq görüldü. Bu isə təsadüfi deyildir. "FAB Boya” keyfiyyətli məhsul istehsalına, müasir keyfiyyətə nəzarət laboratoriyalarına, müəssisəmizdəki mükəmməl şəkildə qurulmuş idarəetmə sisteminə , şirkətin öz əməkdaşlarını və müştərilərini yüksək dəyərləndirdiyinə, ildən-ilə yeni texnologiyaların tətbiqinə, yeni çeşidlərin təqdim edilməsinə görə Azərbaycanda öndə gedən şirkətlər sırasındadır. Şirkətimizin bu il bazarda apardığı aktiv reklam siyasəti və istehsala investisiya yatırımları təqdirəlayiqdir. İl ərzində yaradılan yeni istehsal sahələri, o cümlədən, şirkətin nəzdində PP boru istehsal edən yeni fabrikin işə salınması, "FAB Boya və Kimya Sənayesi" MMC-nin yeni, müasir, texnoloji nailiyyətin ən son tələblərinə cavab modern "FAB Akademiyası" II korpusunun və bu korpusun nəzdində fəaliyyətə başlayan "Plastik Məhsulların Keyfiyyətinə Nəzarət Laboratoriyası" nın şirkətimizin əldə etdiyi nailiyyətlərdəndir. İstehsalla yanaşı, respublikanın ictimai həyatında liderlik edən şirkətimiz respublikamızın müxtəlif ali və orta tədris ocaqlarında təhsil alan gənclərimizi şirkətin fəaliyyəti ilə tanış etmək, onların dünyagörüşünü artırmaq məqsədilə onlar üçün vaxtaşırı tanıtım-seminar proqramları təşkil edir. Bununla yanaşı, "FAB Boya və kimya Sənayesi” MMC inşaat sektorunun müxtəlif sahələrində ixtisaslaşmış ustaları öz fəaliyyəti, habelə istehsal və idxal etdiyi məhsullarla tanış etmək, ustalara boya məhsullarının sirri, onlardan istifadə və saxlanılma qaydaslarına həsr olunmuş Tədris-seminar proqramları təşkil edir.

  "FAB Boya və Kimya Sənayesi” MMC adından təltifetmə mərasimində iştirak edən şirkətimizin Satış və Marketinq Departamentinin Müdiri Fuad Əlişov çıxış edərək, "şirkətimizin uğurunu yüksək dəyərləndirdiklərinə görə mükafatın təşkilatçılarına öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, "FAB Boya və Kimya Sənayesi” MMC bundan sonra əldə etdiyi nailiyyətləri və qazandığı uğur zirvəsini qoruyub saxlayacaq və ölkə iqtisadiyyatının inkişafı yolunda daha uca zirvələri fəth edəcəkdir.

  "FAB Boya və Kimya Sənayesi" MMC inşaat sektorunda, o cümlədən, biznesin idarə edilməsi sahəsində hər zaman lider mövqedədir. Bütün bunlara yekun olaraq, şirkətimizə Yeni 2016-cı ildə daha yeni müvəffəqiyyətlərə imza atmağı arzulayırıq.






Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet