az ru en

Xəbərlər


30/11/2015

Ustalar üçün təşkil olunan 3 günlük Tanıtım və Təlim Seminar Proqramı

  2014-cü ildən öz işinə başlamış "FAB Akademiyası"-nın I korpusu respublikamızın orta məktəb şagirdləri, ali təhsil ocaqlarında təhsil alan tələbələr üçün müxtəlif səpkili tanıtım-seminar, həmçinin ustalar və şirkətin əməkdaşlarının ixtisas dərəcəsinin və kvalifikasiyasının artırılması üçün nəzərdə tutulmuş təlim-seminar proqramlarını özündə əhatə edir.

  26-27-28.11.2015-ci il tarixində FAB Boya və Kimya Sənayesi MMC respublikanın müxtəlif bölgələrindən olan ustalar üçün yeni Tanıtım və Təlim Seminar proqramını həyata keçirdi. Bu proqramı reallaşdırmaqda şirkətimizin məqsədi inşaat sektorunda çalışan insanlarla sıx iş birliyi yaratmaq, onları FAB Boya və Kimya Sənayesi MMC-nin yaranma və fəaliyyət tarixi, həmçinin hazırda şirkətdə baş verən istehsal prosesləri ilə tanış etmək, habelə ustaları istifadə etdikləri boya və keramika yapışdırıcılarının istehsalı, tərkibi, istifadə olunma və saxlanılma qaydası, gələcəkdə yaranacaq hər hansı problemlərin və çətinliklərin həlli yollarını ətraflı şəkildə izah etməkdir.

  Seminarı FAB Boya və Kimya Sənayesinin Baş Direktoru Kənan Məhərrəmov açıq elan edərək, iştirakşıları şirkətimiz adından və salamladı və onları şirkətimizdə gördüyünə şad olduğunu söylədi. Sonra dərsləri şirkətimizin Keyfiyyətə Nəzarət Laboratoriyasının müdiri Toğrul Məhərrəmov və Araşdırma və İnkişaf Laboratoriyasının müdiri Murat Eker apardılar. Çalışdıqları sahədə yüksək səviyyədə professionallığa və təcrübəyə malik insanlar - ustalar öz bacarıqlarını bir daha inkişaf etdirmək və bilik dərəcələrini artırmaq üçün FAB Boya və Kimya Sənayesinin təşkil etdiyi və 3 gün davam edən Tanıtım və Təlim Seminar Proqramında böyük həvəslə iştirak etdilər. Ustaların Sinif otağında keçirilən dərs, Araşdırma və İnkişaf Laboratoriyasında reallaşdırılan təcrübə saatlarında göstərdikləri maraq, onların dərsləri aparan müəllimlərə yönləndirdikləri çoxsaylı sualları bütün bunlardan xəbər verir.

  İlk öncə seminar təşkilatçıları ustaları FAB Boya və Kimya Sənayesi MMC-nin fəaliyyəti, burada baş verən istehsal prosesləri, hazır məhsulların depolanması və dağıtımı prosesləri ilə yaxından tanış oldular. Qonaqlar istifadə etdikləri boya və yapışdırıcı məhsulların istehsal, təcrübə saatları zamanı bu məhsulların istifadə və saxlanılma qaydası ilə tanış oldular. Dərslər arası fasilə zamanı çay dəqiqələri və sonda nahar fasiləsi proqrama xüsusi atmosfer və səmimi ünsiyyət anları bəxş etdi.

  Sonda Kənan Məhərrəmov şirkətimiz adından seminar iştirakçılarına bu proqrama qatıldıqlarına görə öz təşəkkürünü bildirdi və bir daha onları FAB Boya və Kimya Sənayesi MMC-də görəcəyini arzulayaraq, ustalara gələcək həyatlarında uğurlar arzuladı. Ardınca qonaqlara müvafiq Sertifikat və simvolik hədiyyələr təqdim olundu.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet