az ru en

Xəbərlər


20/09/2021

Qafqaz Universitetinin və tələbələri "FAB Boya və Kimya Sənayesi" MMC -də Tanıtım- Seminar proqramında.

Məlumdur ki, "FAB Boya və Kimya Sənayesi" MMC respublikamızın müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələri vaxtaşırı özünün fəaliyyəti ilə tanış edir, gənclərə gələcəkdə peşə seçimində yardımçı olmaq məqsədilə tanıtım-seminar proqramlarını həyata keçirir.

18.11.2015-ci il tarixində şirkətimiz yenidən Qafqaz Universitetinin tələbələri üçün tanıtım-seminar proqramını təşkil etdi. Proqrama Qafqaz Universitetinin İqtisadiyyat fakültəsinin ingilis dili bölməsində Dünya İqtisadiyyatı ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri, habelə Qafqaz Universitetinin İş Dünyası İlə Əlaqələr üzrə Prorektoru, dosent, hörmətli Təyyar Mustafayev qatıldılar.

Seminar proqramının aparıcısı Elvira Məmmədova qonaqları "FAB Boya və Kimya Sənayesi" MMC adından salamlayaraq, gəncləri şirkətlə - FAB BOYA və Kimya Sənayesi MMC-nin bütün bölmələrində gedən istehsal prosesləri ilə tanış olmağa dəvət etdi. Şirkətin "FAB Akademiyası" nın nəzdində fəaliyyət göstərən 4 FAB laboratoriyası - Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları ilə tanışlıq tələbələrin böyük marağına səbəb oldu. Sonra qonaqlar Konfrans zalına keşərək "FAB Boya və Kimya Sənayesi" MMC-nin tarixinə həsr olunmuş qısametrajlı video-çarxı izlədilər.

Sonda Təyyar Mustafayev çıxış edərək, tələbələr adından şirkət rəhbərliyinə və tanıtım-seminar proqramının təşkilatçılarına bu layihəyə dəvət olunduqları üçün öz təşəkkürünü bildirdi. Hörmətli dosent onu da qeyd etdi ki, FAB Boya və Kimya Sənayesinin rəhbərliyi təhsilə böyük önəm verir və bununla əlaqədar olaraq əməkdaşlarının bilik və bacarığının inkişaf etdirilməsi yolunda mühüm addımlar atmaqdadır. Şirkətin "FAB Akademiyası" nəzdində vaxtaşırı təşkil olunan tanıtım-seminar proqramları kimi təqdirəlayiq layihələr şirkətin təhsilə dair hazırladığı tədbirlər planının bir hissəsini təşkil edir.

Qonaqlar çay süfrəsinə dəvət olundular. Seminar-tanıtım proqramı simvolik hədiyyələrin təqdim olunması ilə başa çatldı, görüş xatirə şəkillərinə həkk olundu. Qonaqlar "FAB Boya və Kimya Sənayesi" MMC əməkdaşlarına öz təşəkkürlərini və xoş arzularını bildirərək, şirkətdən ayrıldlılar. Biz də öz növbəmizdə, "FAB Boya və Kimya Sənayesi" MMC adından Qafqaz Universitetinin tələbələrinə və şəxsən Təyyar Mustafayeva şəxsi həyatlarında, təhsillərində və işlərində müvəffəqiyyətlər arzulayırıq.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet