Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
ELİTAR GİMNAZİYANIN ŞAGİRDLƏRİ FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC-DƏ | FAB BOYA

az ru en

Xəbərlər


22/03/2023

ELİTAR GİMNAZİYANIN ŞAGİRDLƏRİ FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC-DƏ

  "FAB Boya və Kimya Sənayesi” MMC məktəblilərlə növbəti seminar proqramını 14.11.2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu İ. Əfəndiyev adına Elitar Gimnaziyanın məktəbinin 8 A-1 sinif şagirdləri üçün təşkil etdi.

Seminarın aparıcısı zavodumuza dəvət olunan uşaqları, müəllim və valideyn heyətini salamlayaraq, onları şirkətimiz - zavodun bütün fabrik və bölmələri üzrə gəzintiyə dəvət etdi.

  Uşaqlar şirkətimizdə burada həyata keçirilən keramika yapışdırıcıları, elektrik məhsulları, plastik boru, qutular və çoxdan görmək arzusunda olduqları boya istehsalı ilə yaxından tanış oldular. Habelə hazır məhsulun, o cümlədən, "FAB Boya və Kimya Sənayesi" MMC-nin distribyutoru olduğu, dünyanın ən məşhur brendlərinə məxsus inşaat malları və aksessuarlarının depolanması və dağıtımı proseslərinin canlı şahidi oldular.

  Şirkətimizin "FABKİM" Keramika Yapışdırıcıları bölməsində baş verən maraqlı "dərs" dəqiqələri haqqında bir-neçə kəlmə qeyd etmək istərdik. Belə ki, "FABKİM" bölmə rəhbəri Rövşən Abdullayev bölmə üzrə baş verən gəzinti zamanı gənc qonaqlara tədris aldıqları Kimya fənni üzrə suallarla müraciət etdi. Elitar Gimnaziyanın şagirdlərinin sual-cavabdakı aktivliyi, bu təhsil ocağında təhsil səviyyəsinin yüksək keyfiyyətindən xəbər verir. Ələlxüsus, bu sinfin şagirdi Əli Novruzovu xüsusilə qeyd etmək istəyirik. Bu isə bizi sevindirməyə bilməzdi.

  Şirkətimizin "FAB Akademiyası" I və II Koprusları ilə tanışlıq, o cümlədən, "FAB Akademiyası" I Korpusunun nəzdində yerləşən Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət, Kafel və Metlax Yapışdırıcıları, Polimerlər laboratoriyalarında davam edən ekskursiya və tanıtım-seminar proqramı, habelə burada baş verən müxtəlif rənglərin alınması prosesi məktəblilərin marağına və sevincinə səbəb oldu. Nahar süfrəsinə dəvət olunan uşaqlar tədbrin sonunda müvafiq Sertifikat və xatirə hədiyyələri ilə təltif olundular. Vidalaşaraq, İ. Əfəndiyev adına Elitar Gimnaziyanın məktəbinin 8 A-1 sinif rəhbəri Rəna xanım Məşədizadə və tədbir iştirakşısı olan valideyn Laçın xanım Nəbiyeva şirkətimizə, seminarın təşkilatçılarına və aparıcılarına zavod üzrə maraqlı gəzintiyə dəvət aldıqları üçün öz adından və məktəblilər adından təşəkkürünü bildirdi.

  Biz də "FAB Boya və Kimya Sənayesi" MMC adından İ. Əfəndiyev adına Elitar Gimnaziyanın məktəbinin 8 A-1 sinif şagirdlərinə, başda sinif rəhbəri Rəna Məşədizadə olmaqla, şirkətimizə təşrif buyurduqları üçün təşəkkürümüzü bildirir, uşaqlara təhsillərində və həyatlarında uğurlar arzulayırıq.


Məlumat!Bu qaleriya altında şəkil yoxdur...



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet