Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
Bakı şəhər Nərimanov rayon 193 saylı orta məktəbin 8-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi" MMC-də | FAB BOYA

az ru en

Xəbərlər


24/03/2023

Bakı şəhər Nərimanov rayon 193 saylı orta məktəbin 8-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi" MMC-də

Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir

Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir.

Dövlətimizin daima gənc nəslin tərəqqisini düşünərək atdığı real və konkret addımları nəzərə alaraq, "FAB Boya və Kimya Sənayesi” MMC respublikanın müxtəlif məktəblərində təhsil alan yeniyetmələri şirkətimizin fəaliyyəti ilə tanış etmək, onların dünya görüşünü artırmaq, məktəblilərin hazırda tədris aldıqları fənnlər üzrə bilik səviyyələrini daha da zənginləşdirmək, ən əsası isə, gələcəkdə onlara peşə seçimində yardım etmək məqsədi ilə respublikamızın müxtəlif orta məktəblərində təhsil alan yuxarı sinif şagirdləri üçün vaxtaşırı tanıtım-seminar proqramları təşkil edir. Bu əhəmiyyətli, əvəzsiz layihənin əsası "FAB Boya” nın qurucusu mərhum Səfər Əliyev tərəfindən 2013- cü ildə qoyuldu.

"FAB Boya və Kimya Sənayesi” MMC növbəti belə seminar proqramını 07.11.2015-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu 193 saylı orta ümumtəhsil məktəbinin VIII sinif şagirdləri üçün təşkil etdi. şagirdləri üçün təşkil etdi.

Seminarın aparıcısı zavodumuza dəvət olunan uşaqları, müəllim və valideyn heyətini salamlayaraq, onları şirkətimiz - zavodun bütün fabrik və bölmələri üzrə gəzintiyə dəvət etdi.

Qonaqlar burada həyata keçirilən keramika yapışdırıcılarının, elektrik məhsullarının, plastik boru, qutuların, boya istehsalının, habelə hazır məhsulun, o cümlədən "FAB Boya və Kimya Sənayesi" MMC-nin distribyutoru olduğu, dünyanın ən məşhur brendlərinə məxsus inşaat mallarının və aksessuarlarının depolanması və dağıtımı proseslərinin canlı şahidi oldular.

Şirkətimizin "FAB Akademiyası"nın nəzdində yerləşən Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət, Kafel və Metlax Yapışdırıcıları, Polimerlər laboratoriyalarında davam edən ekskursiya və tanıtım-seminar proqramı, habelə burada baş verən müxtəlif rənglərin alınması prosesini xüsusulə qeyd etmək istəyirik. Belə ki, burada həyata keçirilən müxtəlif rəngli boyaların alınması prosesi məktəblilərin marağına və sevincinə səbəb oldu. Sonda qonaqlar nahar süfrəsinə dəvət olundular. Bunun ardından uşaqlar Sertifikat və xatirə hədiyyələri ilə təltif olundular. Vida mərasimində 193 saylı orta məktəbin müəllimi Kəmalə xanım Süleymanova, həmçinin təşrif buyurmuş valideynlər şirkətimizə, seminarın təşkilatçılarına və aparıcılarına zavod üzrə maraqlı gəzintiyə adından görə öz adından və məktəblilər təşəkkürünü bildirdi.

Biz də "FAB Boya və Kimya Sənayesi" adından MMC qonaqlarımıza - 193 saylı orta məktəbin şagirdlərinə, başda məktəbin müəllimi Kəmalə Süleymanova olmaqla, şirkətimizə təşrif buyurduqları üçün təşəkkürümüzü bildirir, uşaqlara təhsillərində və həyatlarında uğurlar arzulayırıq.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet