Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC-DƏ | FAB BOYA

az ru en

Xəbərlər


25/03/2023

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC-DƏ

"FAB Boya və Kimya Sənayesi" MMC respublikamızın müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələri vaxtaşırı özünün fəaliyyəti ilə tanış edir, gənclərə gələcəkdə peşə seçimində yardımçı olmaq məqsədilə tanıtım-seminar proqramlarını həyata keçirir.

06.11.2015-ci il tarixində şirkətimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün növbəti tanıtım-seminar proqramını təşkil etdi. Proqrama AzMİU-nin İnşaat Texnologiyası fakültəsinin Yapışdırıcı Materiallar və Betonlar Texnologiyası Kafedrasının Baş Müəllimi,texnologiya üzrə fəlsəfə doktoru Vasif Şahmarov, habelə AIMU-nin İnşaat Texnologiyası fakültəsinin 2-ci və 3-cü kurs tələbələri qatıldılar.

Seminar proqramının aparıcısı Kənan Məhərrəmov qonaqları "FAB Boya və Kimya Sənayesi" MMC adından salamladı və onları şirkətdə baş verən istehsal prosesləri və yeniliklərlə yaxından tanış olmağa dəvət etdi. Şirkətimizin bütün bölmələrində gedən istehsal prosesləri ilə - kafel və keramika yapışdırıcılarının, elektrik məhsullarının və plastik boruların, boya məhsullarının (sintetik və su bazlı), qutu, PVA yapışdırıcıları istehsalı ilə tanış olmağa dəvət etdi. "FAB Boya və Kimya Sənayesi" MMC-nin istehsal etdiyi hazır məhsulun, həmçinin distribyutoru olduğu, sayı 30 000-ə çatan, dünyanın ən məşhur brendlərinə məxsus inşaat mallarının və aksessuarlarının depolanması və dağıtımı prosesləri ilə tanış oldular. Şirkətin "FAB Akademiyası"nın nəzdində fəaliyyət göstərən 4 FAB laboratoriyası - Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları ilə tanışlıq tələbələrin böyük marağına səbəb oldu. Sonra qonaqlar konfrans zalına keşərək "FAB Boya və Kimya Sənayesi" MMC-nin tarixinə həsr olunmuş qısametrajlı video-çarxı izlədilər.

AzMİU-nin İnşaat Texnologiyası fakültəsinin Yapışdırıcı Materiallar və Betonlar Texnologiyası Kafedrasının Baş Müəllimi Vasif Şahmarov tələbələr adından şirkət rəhbərliyinə və tanıtım-seminar proqramının təşkilatçılarına bu layihəyə dəvət olunduqları üçün öz təşəkkürünü bildirdi.

Nahar fasiləsində qonaqlar süfrə arxasına dəvət olundular. Seminar-tanıtım proqramı xatirə hədiyyələrinin və Sertifikatların təqdim olunması ilə başa çatldı, görüş xatirə şəkillərinə həkk olundu. Qonaqlar "FAB Boya və Kimya Sənayesi" MMC əməkdaşlarına öz təşəkkürlərini və xoş arzularını bildirərək, şirkətdən ayrıldlılar. Biz də öz növbəmizdə, "FAB Boya və Kimya Sənayesi" MMC adından Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və əməkdaş heyətinə şəxsi həyatlarında, təhsillərində və işlərində müvəffəqiyyətlər arzulayırıq. Gələn görüşlərədək...









Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet