Qafqaz Universiteti Tələbələri "FAB Boya və Kİmya Sənayesi" MMC-də

"FAB BOYA VƏ KİMYA SƏNAYESİ" MMC QAFQAZ UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİNİN ŞİRKƏTLƏ TANIŞLIĞI
"FAB Boya və Kimya Sənayesi" MMC ali təhsil ocaqlarında tədris alan tələbə-gənclər üçün keçirdiyi seminar-tanıtım proqramlarını artıq bir ənənə halını çevirmişdir. Bu təqdirəlayiq ənənə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən qaynaqlanır.
Bu il universitet tələbələri üçün artıq bir neçə tanışlıq proqramı təşkil olundu.
24.10.2015 tarixində Qafqaz Universitetinin prorektoru, hörmətli Şahin Durmaz, həmçinin, universitetin Mühəndislik fakültəsinin İstehsalat və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə Edilməsi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi "FAB Boya və Kimya Sənayesi" MMC-nin qonağı oldular, şirkətimizdə baş verən istehsal propsesləri, "FAB AKADEMİYASI" və onun nəzdində yer almış 4 FAB laboratoriyaları ilə tanış oldular. Şirkətin Konfrans zalında davam edən tanışlıq proqramı çay dəstgahı ilə sona çatdı. Tələbə-gənclərə şirkətimizlə tanışlığa gəldikləri üçün öz dərin təşəkkürümüzü bildirir, onlara işlərində və gələcək həyat yolarında uğurlar arzulayırıq və "FAB Boya və Kimya Sənayesi" MMC-nin fəaliyyətindən məmnun qalan və gələcəkdə həyatlarını şirkətimizlə bağlamaq arzusunda olduqlarını bildirən gənclərə üzümüzü tutub deyirik:
"FAB Boya və Kimya Sənayesi" MMC-nin qapıları hər zaman üzünüzə açıqdır, biz sizin yolunuzu gözləyirik, əziz gənclərimiz!