az ru en

Xəbərlər


31/08/2015

Türkiyənin "Petkim Petrochemical Holding Co." şirkətinin nümayəndələri "FAB Boya və Kimya Sənayesi" MMC-də

        31.08.2015 tarixində "FAB Boya və Kimya Sənayesi" MMC-ni Türkiyənin "Petkim Petrochemical Holding Co." şirkətinin nümayəndələri ziyarət etdilər. Şirkət haqqında cari ilin iyun bülletenində yazmışıq, bir daha "Petkim Petrochemical Holding Co." - nun yaranma və inkişaf tarixinə nəzər salaq:

"Petkim Petrochemical Holding Co.” 3 aprel 1965-ci ildə Türkiyənin İzmir şəhərində yaradılmışdır. Şirkət ən son texnoloji innovasiyalara malik olaraq, dünya standartlarının tələblərinə cavab verən keyfiyyətli neft-kimya məhsullarının istehsalı ilə məşğuldur - tikinti, kənd təsərrüfatı, maşınqayırma, elektrotexnika, elektronika, qablaşdırma, toxuculuq, o cümlədən, əczaçılıq, boya, yuyucu vasitələr və kosmetika sahəsi üçün xammal istehsal edir. "Petkim Petrochemical Holding Co.” - şirkətinin Türkiyə neft-kimya sənayesində liderliyi günbəgün artaraq, dünya miqyasında adı çəkilən sferada öz sözünü demiş şirkətlər sırasındadır və "Petkim Petrochemical Holding Co." ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir.

   "FAB Boya və Kimya Sənayesi" MMC-yə təşrif buyurmuş, "Petkim Petrochemical Holding Co.”-şirkətinin marketinq-satış meneceri Eyniş Məmmədov və həmin şirkətin ticarət meneceri Bəhruz Əliyev şirkətimizin Baş Direktoru Kənan Məhərrəmov ilə görüşdülər. Hər iki şirkətlər arasında mövcud əməkdaşlıq məsələləri barədə müzakirələr aparıldı. Sonda xatirə şəkilləri çəkdirildi.

   "FAB Boya və Kimya Sənayesi" MMC adından hörmətli qonaqlara - Eyniş Məmmədova və Bəhruz Əliyevə şəxsi və işgüzar həyatda bol şanslar diləyirik.







Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet