az ru en

Xəbərlər


31/08/2015

Binəqədi Qəsəbə Bələdiyyəsinin nümayəndələri "FAB Boya və Kimya Sənayesi" MMC-də

      31. 08. 2015-ci il tarixində Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva və digər bələdiyyə nümayəndələri şirkətimizin fəaliyyəti, burada baş verən istehsal prosesləri, innovasiyalar, tikinti və yenidənqurma işləri ilə tanış olmaq məqsədilə "FAB Boya və Kimya Sənayesi" MMC-yə təşrif buyurdular.

Hörmətli qonaqlar şirkətimizin Su Əsaslı, Sintetik, Qutu və digər bölmələrində olaraq,bu bölmələrin fəaliyyəti ilə tanış oldular. Sonra "FAB Boya və Kimya Sənayesi" MMC-nin keyfiyyətə nəzarət laboratoriyaları,o cümlədən, "FAB Akademiyası" ilə tanış oldular. İstehsal olunan FAB məhsulunun keyfiyyəti barədə ən ümdə suallara məhz FAB keyfiyyətə nəzarət laboratoriyaları cavab verir. Qonaqların diqqətini bu laboratoriyalarımızda istifadə edilən son alman texnologiyası olan ölçmə və sınaq cihazları cəlb etdi. Bu aparatların iş mexanizmi və prinsipi barədə dəyərli qonaqlara şirkətimizin təsisçisi Anar Əliyev genişməlumat verdi. Həmçinin qonaqlar "FAB Boya və Kimya Sənayesi" MMC-də əməkdaşlar üçün qurulmuş 200 nəfərlik və sanitariya-gigiyena normalarının bütün tələblərinə cavab verən, yüksək səviyyədə qurulmuş yeməkxana, çay otaqları; geyim və yuyunma otaqları, həmçinin əməkdaşların asudə vaxtlarının təşkil olunması - futbol meydançası, qurulmaqda olan idman-trenajor kompleksi ilə tanış oldular və şirkətimizin ümumilikdə fəaliyyətindən məmnun qaldıqlarını bildirdilər. Sonra görüş şirkətimizin qonaq otağında davam etdi. Sonda xatirə şəkilləri çəkdirildi.

"FAB Boya və Kimya Sənayesi" MMC adından dəyərli qonaqlara zəhmət çəkib şirkətimizlə tanışlığa gəldikləri üçün öz təşəkkürümüzü bildirir, onlara şəxsi və işgüzar həyatda uğurlar arzulayırıq.

 






Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet