az ru en

Xəbərlər


15/06/2021

FAB BOYA-DA KVALİFİKASİYA KURSLARI

        FAB BOYA kadrların hazırlanması, fasiləsiz olaraq əməkdaşların kvalifikasiya dərəcəsinin və ixtisaslarının artırılması məqsədilə müvafiq plan və proqram işləyib hazırlamışdır. Bu proqramın məqsədi şirkət əməkdaşlarını yüksək professional səviyyəyə çatdırmaqdır. Bu isə öz növbəsində şirkətin gələcək inkişafında öz sözünü deyəcək mühüm şərtlərdən biridir.

       Bu ilin iyun ayında FAB Akademiyasında növbəti dəfə Seminar-Tanıtım proqramı təşkil edildi. Bu dəfəki seminar proqramı yeni işə qəbul olunmuş marketinq qrupu üçün təşkil olunmuşdu. Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin müdiri, prorektor, hörmətli Təyyar Mustafayeva həvalə olumuş bu proqram yeni işə cəlb olunmuş kadrların professionallığını artırmaq məqsədini daşıyırdı. Daima müştərilərlə ünsiyyətdə olmaq, məhsulun düzgün təqdimatı metodları və marketinq fəaliyyəti ilə bağlı, həmçinin, bir sıra digər xüsuslarda mövcud vəziyyətin obyektiv şəkildə dəyərləndirilməsi və idarə edilməsi yolları onlara təlim olunmuşdur. Ardından "Kafel və metlax yapışdırıcıları məhsullarının tanıtımı və uyğulanması, problemləri” mövzusunda laboratoriya müdiri Gülşən Alpaşayeva, "Boyanın tanıtımı” mövzusu haqqında dərsləri isə Araşdırma və İnkişaf Laborotoriyasının müdiri Murat Eker və laboratoriya müdiri Toğrul Məhərrəmov apardış, 12-17 iyun tarixində davam edən kurs və tanıtım-seminar proqramı uğurla başa çatdı.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet