az ru en

Xəbərlər


25/10/2021

FAB BOYA-DA FUTBOL BAYRAMI

  "Mən Milli Olimpiya Komitəsinin Prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın... Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmançıların mütləq əksəriyyəti yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşğul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıyıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolu vardır. " - Respublika Prezidenti İlham Əliyevin milli idmana və idmançılarımıza göstərdiyi dəstəyi sayəsində ölkəmiz nəinki mötəbər turnirlərdə yüksək göstəricilərə nail olmuş, ümumilikdə sağlam həyat tərzi xalqımızın həyat normasına çevrilir, bu isə bizim sağlam millət kimi formalaşmağımızda çox önəmli məsələlərdəndir.

  FAB BOYA şirkəti Azərbaycanın inşaat sektorunda lider mövqedə duran şirkət olaraq, respublikamızın ictimai həyatında baş verən hadisələrdən kənarda qalmır, ölkə rəhbərliyinin respublikamızda idmanın inkişafına ayırdığı xüsusi diqqəti dəstəkləyərək, müvafiq təqdirəlayiq tədbirlər planını həyata keçirir. Əməkdaşlarının sağlamlığını, eyni zamanda asudə vaxtlarının düzgün, səmərəli və ağıllı şəkildə təşkil olunması məqsədilə idman meydançalarının yaradılması nəzərdə tutulmuş və həyata keçirmişdir və keçirilməkdədir.

  8 ay öncə inşasına başlanılan FAB-ın Futbol Meydançasının açılışı bu ilin 13 iyun tarixində reallaşdı. Bayraqlar, şarlar ilə bəzədilmiş meydançanın bir tək"Tofiq Bəhramov"u, "Pyerluidji Kollina"sının yeri görünürdü...Bu bir əsl futbol bayramına çevrilmışdi.

  Futbol meydançasının açılış lentinin kəsilməsi mərasimini Satış və Bazarlama Departamentinin Müdiri Fuad Əlişov həyata keçirdi. Sonra hər iki komanda bir-birilərinə müvəffəqiyyət arzulayaraq, meydana daxil oldular. Yüksək həyəcan və emosiya ritmində davam edən dostluq görüşünün sonunda qələbə çalan elə dostluq özü oldu.

  Biz futbolçularımıza gələcək görüşlərində uğurlar arzulayırıq. FAB BOYA olaraq əməkdaşlarının qayğısına qaldığı üçün və onların asudə vaxtlarını belə gözəl bayramlara çevirdiyi üçün şirkətimizə əməkdaşlarımız adından öz təşəkkürümüzü bildiririk. Ümidvarıq ki, gələcəkdə də belə gözəl tədbirlər planı zəncirvari şəkildə öz davamını tapacaqdır.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet