Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
FAB BOYA-nın növbəti qonağı "Pamir Lighting" şirkəti | FAB BOYA

az ru en

Xəbərlər


27/05/2015

FAB BOYA-nın növbəti qonağı "Pamir Lighting" şirkəti

Əsası 1974-cü ildə qoyularaq "Pamir Lighting” şirkəti Türkiyənin işıqlandırma sistemində lider mövqeyə sahib şirkətlərindəndir. 1990-cı ildən başlayaraq, "Pamir Lighting” fəaliyyətində bütün innovativ yenilikləri əhatə edərək, obyektlərin sənaye və arxitektur həllini professional səviyyədə təklif edir. Şirkətin fundamental məqsədi enerji cəhətdən effektli, estetik baxımdan yüksək səviyyəli və keyfiyyətli məhsul istehsal etməkdir. Bunun sayəsində "Pamir Lighting” öz sferasının pioner şirkətlərindən biri kimi, əməkdaşlıq etdiyi, dünyanın 40 ölkəsi ilə partnyorluq əlaqələrində olaraq, türk malının keyfiyyətinin layiqli nümayəndəsi rolunda uğurla çıxış edir. Məhsul çeşidləri sırasına işıq diodlu və flüoresent işıqlandırıcılar, LED proyektorlar, IP65 T5 işıq diodlu hündür tavan işıqlandırıcıları, IP65 / T8 işıqdiodlu sukeçirməz lüminesent işıqlandırıcılar, maqnit elektron ballastlar, hərəkət göstəricisi ilə təchiz olunmuş işıqlandırıcılar və sairə daxildir.

"Pamir Lighting”-in məhsulları estetik və funksionallıq baxımdan yüksək səviyyəyə malik olaraq, ən önəmlisi, keyfiyyət standartlarına cavab verir, cünki istehsalında keyfiyyətli komponentlərdən istifadə olunur.

Bu ilin may ayında "Pamir Lighting”-in texniki direktoru Necdet Pamir və həmin şirkətin regional ixracat müdiri Fatih Uzmay FAB BOYA-nın qonağı oldular, burada gedən istehsal prosesləri və yeniliklərlə yaxından tanış oldular, sonda şirkətimizin satınalma meneceri Rəvan Məmmədovla görüşdülər. İşğüzar söhbətdən sonra qonaqlar xatirə şəkilləri çəkdirdilər.

FAB BOYA adından hörmətli qonaqlara zəhmət çəkib gəldikləri üçün öz təşəkkürümüzü bildirir, Necdet Pamir və Fatih Uzmaya şəxsi həyatlarında və işlərində uğurlar diləyirik.







Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet