DİD Wallpaper

1943-cü ildə yaradılmış "Daedong Wallpaper” adı altında yaradılan "DİD Wallpaper” Koreyanın divar kağızları ıstehsalı sferasında öndə duran şirkətlərindən biridir. Şirkət 1974-cü ildə artıq, Koreyada ilk olaraq sintetik dəri fabrikinə sahib oldu. Bir çox Avropa və Asiya ölkələrində partnyorluq əlaqələri yaradan "Daedong Wallpaper” dünya üzrə 24 ölkədə dizayner studiyasına, Hollandiya, İngiltərə, Rusiyada regional ofislərə və məhsul anbarlarına malikdir. İstehsal etdiyi məhsulları nəinki dizayn, həm də keyfiyyət baxımından yüksək səviyəyə malik olaraq, müştəri məmnuniyyətinə nail olmuşdur. Artıq 2005-ci ildə "DİD Wallpaper” tərkibində "Daewon Chemical Co. Ltd.”, "Dayone Corp.”, "Sota İnvestment” kimi şirkətləri birləşdirmişdir.
Bu ilin may ayında ”DİD Wallpaper”-in MDB dövlətləri üzrə nümayəndəsi xanım Viktoriya İvankiv FAB BOYA-nın qonağı oldu, şirkətimizlə tanış oldu. FAB BOYA-nın əməkdaşı İlhamə İbrahimova ilə görüşdü. Bu görüş xatirə şəkillərində öz əksini tapdı.
FAB BOYA adından hörmətli qonağa, xanım Viktoriya İvankivə şəxsi həyatında və işlərində uğurlar arzulayırıq.