az ru en

Xəbərlər


01/08/2021

AKDE KIMYA

AKDE KIMYA kimi tanınan AKDEMIR GRUP 1980-ci illərdə xırdavat, 1990-cı illərdə inşaat və maşınqayırma, 2000-ci illərdə isə kimya sektorunda fəaliyyətini davam etdirmişdir. AKDEMİR GRUP dünyanın 90-dan çox ölkəsinə məhsul ixracat edir. 2010-cu ildə isə örtük və izolyasiya sistemində tələbatı ödəmək üçün AKDE KİMYA şirkətini qurmuşdur ki, məhsul çeşidlərinə hidroizolyasiya membranları, sprey poliuretan sistemləri, yapışdırıcılar, örtüklərin hazırlanması və təmiri üçün vasitələr və s. istehsalını həyata keçirir. Dinamik və təcrübəli kadrlara malik olaraq AKDE KİMYA qısa zaman kəsiyində örtük və izolyasiya sisteminin aparıcı şirkətlərindən birinə çevrilmişdir. Yarandığı gündən etibarən innovasiya, araşdırma və inkişaf fəaliyyətinə edən yatırımlar sayəsində bu gün yüksək keyfiyyətli məhsul istehsal etməklə öz sferasında davamlı şəkildə irəliləməkdəddir.

Bu ilin may ayında AKDE KİMYA şirkətinin sahibi hörmətli Yusif Akdemir və şirkətin satış müdiri Yalçın Yıldız FAB BOYA şirkətinin qonağı oldular. Şirkətimizin Baş Direktoru Kənan Məhərrəmov ilə görüşdülər. Şirkətlərimiz arasında mövcud işgüzar məsələlərə toxunuldu. Sonda xatirə şəkilləri çəkdirildi.

FAB BOYA şirkəti adından Yusif Akdemirə və Yalçın Yıldıza zəhmət çəkib gəldikləri üçün öz təşəkkürümüzü bildirir, onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayırıq.






Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet