az ru en

Xəbərlər


01/08/2021

Baku City Hospital

2003 –cu ildə yaradılan "Baku City Hospital” Azərbaycanın tibb sektorunda ən qabaqcıl xəstəxanalarından biridir.Yüksək səviyyəli texnologiyalarla təchiz olunmuş xəstəxana savadlı mütəxəssisləri və tibb işçiləri ilə 24 saat xidmət göstərməkdədir. Xəstəxanaya müraciət edən hər bir xəstələrinin sağlamlığı ilə bağlı bütün problemləri aradan qaldırmaq, xəstələrin sağlam yaşayışını təmin etməyi öz qarşısına məqsəd kimi qoyan "Baku City Hospital” -ın missiyası hər bir xəstəyə yüksək tibbi xidmət göstərmək ,göstərilən tibbi xidmətlə xəstə və xəstə yaxınlarının məmnuniyyətini qazanmaqdır. Baku City Hospital Türkiyədə və dünyada tibbin inkişafını izləməyi, beynəlxalq səviyyədə qəbul olunmuş üsul və yöntəmləri Azərbaycana gətirməyi, tibbin inkişafında müsbət rol oynamağı hədəfləmişdir. Bu hədəfləri gerçəkləşdirmək məqsədi ilə "Baku City Hospital” təlim, araşdırma, inkişaf işlərini sistemli və müntəzəm olaraq həyata keçirir. Bu tibb ocağını, verdiyi tibbi xidmət sayəsində yüksək səviyyəli, peşəkar, işinə sevgi və xəstələrinə qayğısını əsirgəməyən həkim heyəti və tibbi personalı ilə Azərbaycanda örnək göstərilən xəstəxana olmağı hədəfləmişdir.

"Baku City Hospital” -ın peşəkar həkim heyəti sırasında tibb elmləri namizədi, uşaq selebral iflici və uşaq travmotologiyası üzrə mütəxəssis, ortoped-travmotoloq, hörmətli Bayram Qorçiyevin adını xüsusi qeyd etmək istəyirik. Bayram həkim Moskva Mərkəzi Travmatoloğiya İnstitutunun məzunudur. Sənətinə xüsusi sevgi və qayğı ilə yanaşan Bayram həkim bu sahədə artıq 25 illik təcrübəyə malikdir.

Bu ilin may ayında Bayram Qorçiyev FAB BOYA-nın qonağı oldu. FAB BOYA ilə yaxından tanış oldu. Şirkətimizin təsisçisi Anar Əliyevlə görüşdü. Xatirə şəkilləri çəkdirildi.

Bayram Qorçiyevə şirkətimizə təşrif buyurduğu üçün təşəkkürümüzü bildirir, FAB BOYA adından hörmətli həkimə şəxsi həyatında və işlərində müvəffəqiyyətlər arzulayırıq.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet