Növbəti qonağımız- İNAN MAKİNE

Türkiyənin "İnan Makine” şirkəti 1962-ci ildə İstanbul şəhərində yaradılıb. Şirkət yerli və xarici müəssisələrin tələbatını ödəyəcək, plastikin emalı və doğranması üzrə müasir, avadanlıqlar yaradır."İnan Makine” öz müştərilərinə onların arzu və istəklərinə müvafiq olaraq ən müasir və ən uyğun dəzgahlar təklif edərək, məhsullarına satışsonrakı zəmanət və təlim verir. Məhsul çeşidlərinə formalı soyuducu EASİTEMP 150, plastikin emalı üçün termoform dəzgah, plastikin doğranması üçün dəzgalar (plastik dəyirmanı), plastikin emalı üçün dəzgah (hərəkətli yol) və s. daxildir.
"İnan Makine”-nin Baş Direktor köməkçisi Süleyman Kirazlı və həmin şirkətin texniki ustası Muhammet Osman FAB BOYA-nın qonağı oldular. Şirkətimizlə yaxından tanış olan qonaqlar FAB BOYA-nın Layihələşdirmə və Texniki Təchizat bölməsinin müdiri Eliyar Qurbanovla görüşdülər. İşgüzar söhbətin sonunda xatirə şəkilləri çəkdirildi.