FAB BOYANIN USTALAR ÜÇÜN NÖVBƏTİ SEMİNAR-TANITIM LAYİHƏSİ

Bildiyiniz kimi, 2014- cü ilin əvvəlində "FAB Boya və Kimya Sənayesi” MMC- nin nəzdində "FAB Akademiyası” fəaliyyətə başlamışdır. Burada, artıq bir neçə maraqlı layihələr həyata keçirilməkdədir. Bunlardan biri də cari ilin sentyabr ayında start götürmüş, "FAB Boya” MMC- nin idxal etdiyi, dünyanın ən məşhur şirkətlərinin istehsalı olan istilik sistemlərinin quraşdırılması, işə salınması və istismarına dair təlim - seminar proqramıdır. Proqramın iştirakçıları, əsasən, respublikamızın müxtəlif bölgələrindən: Ağsu, Ağcabədi, Şəki, Astara, Xaçmaz, Kürdəmir, Sabirabad, Lənkəran rayonları, eləcə də, Gəncə şəhərindən olan, santexnika və istilik sistemləri üzrə ixtisaslaşmış, kifayət qədər təcrübəyə malik ustalar oldu.
Proqrama
başlamazdan əvvəl, ustalar Azərbaycanın inşaat məhsulları bazarında öz keyfiyyətli
məhsulları və müştəriyə yüksək səviyyəli xidməti ilə öndə gedən "FAB
Boya”-nın fabrik və Keyfiyyətə Nəzarət
Laboratoriyalarını gəzərək, burada keçirilən istehsal və hazır məhsula nəzarət
prosesləri, məhsulun istifadə və saxlanılması qaydaları ilə yaxından tanış
olmuş, şirkətdə qurulan iş sistemindən məmnun qaldıqlarını bildirmişlər. Şirkətin
fabrik və bölmə rəhbərləri isə öz növbəsində qonaqları maraqlandıran sualları
cavablandırdılar. Seminar iştirakçılarına "FAB Boya” MMC-nin tarixi haqqında
şifahi məlumat verildi. "FAB Akademiyası”-nı gəzən iştirakçılar burada gedən iş
prosesləri ilə ətraflı tanış olduqdan sonra sinif otağına keçərək, "FAB Boya”
MMC-nin yaranma və inkişaf tarixinə həsr olunmuş qısametrajlı filmi izlədilər.
Ardından şirkətimizin sahibi, eyni zamanda, layihənin təşkilatçısı Şaiq Əliyev
və istilik sistemləri üzrə satış meneceri Vüqar Hasilov seminar iştirakçılarına
Almaniyanın "BOSCH” şirkətinin istehsalı olan istilik sistemləri haqqında ətraflı
məlumat verdilər.