Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
FAB BOYA-nın Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün Seminar-Tanıtım Proqramı | FAB BOYA

az ru en

Xəbərlər


27/04/2015

FAB BOYA-nın Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün Seminar-Tanıtım Proqramı

       Dövlətimizin gənclərin tərəqqisi yolunda atdığı məqsədyönlü siyasətini əldə rəhbər tutaraq, FAB BOYA şirkəti respublikanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan gəncləri özünün fəaliyyəti ilə, tələbələrin sahib olacaqları ixtisas ilə əyani şəkildə tanış olmaq, ən önəmlisi isə, gələcəkdə peşə seçimində onlara yardımçı olmaq məqsədilə tanıtım-seminar proqramları adlı təqdirəlayiq və uzaqgörən bir layihəyə imza atdı.

  Xatırladaq ki, FAB BOYA, əsası şirkətimizin qurucusu mərhum Səfər Əliyev tərəfindən 2013-cü ildə qoyulmuş bu səpkili seminar proqramlarını sonradan silsilə şəklində reallaşdırmışdır. Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu effektli seminar proqramı aprel ayına təsadüf etdi. Bu ilin növbəti belə seminarı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-müəllim heyətindən ibarət bir qrup - bu qrupa Biznes Inzibatçılığı, Dizayn Texnologiyası, Marketinq fakultələrinin tələbələri daxildirlər - habelə həmin universitetin nəzdində fəaliyyət göstərən "Karyera" mərkəzinin rəhbərliyi və üzvləri üçün təşkil olundu.

  Seminar proqramının rəhbəri və aparıcısı Anar Əliyev FAB BOYA-ya dəvət olunan qonaqları salamlayaraq, onları zavodun ərazisi və bölmələri üzrə gəzintiyə dəvət etdi. Şirkətimizin bütün bölmələrini, burada gedən istehsal prosesləri ilə - kafel və keramika yapışdırıcılarının, elektrik məhsullarının və plastik boruların, boya və s. istehsalı ilə, habelə, hazır məhsulun depolanması və dağıtımı prosesləri ilə tanış oldular. Şirkətin FAB AKADEMİYASI ilə tanışlıq, Keyfiyyətə Nəzarət Laboratoriyasında rənglərin alınması təcrübəsinin həyata keçirilməsi prosesi tələbələrin böyük marağına səbəb oldu. Sonra qonaqlar Konfrans Zalına keşərək FAB BOYA şirkətinin tarixinə həsr olunmuş qısametrajlı filmi izlədilər.

  Ardından layihənin rəhbəri Anar Əliyev seminar iştirakçılarına müraciət edərək, bu proqramın təşkil olunması məqsədinin birbaşa olaraq respublika rəhbərliyinin həyata keçirdiyi gənclər siyasəti ilə bağlı olduğunu, gənclərin gələcəyinin məqsədyönlü və sağlam qurulması, onların peşə seçiminin düzgün şəkildə istiqamətləndirilməsi yolunda atılan addım olduğunu vurğuladı. Sonra seminarın rəhbəri tələbələrin çoxsaylı maraq dolu suallarını cavablandırdı. Ardından İqtisad Universitetinin "Karyera" Mərkəzinin rəhbəri Fuad Əliyev çıxış edərək, FAB BOYA şirkəti, burada şahidi olduğu iş fəaliyyətindən məmnun qaldıqlarını bildirərək, tələbələr adından şirkət rəhbərliyinə və tanıtım-seminar proqramının təşkilatçılarına bu proqrama dəvət olunduqları üçün öz təşəkkürünü bildirmiş, gələcəkdə də bu cür gözəl layihənin zəncirvari şəkildə davam etdiriləcəyini və İqtisad Universitetinin bir daha bu layihəyə qatılacağı arzusunu bildirdi. Fuad Əliyev, həmçinin, FAB BOYA zavodunda şirkətin əməkdaşları uçün qurulmuş sağlam iş şəraitindən, onların daha faydalı və məhsuldar işləmələri üçün geniş imkanların yaradılmasından, o cümlədən, əməkdaşların asudə vaxtlarının səmərəli və sağlam şəkildə təşkil olunmasının canlı şahidi olduqlarından, şirkətin hər bir üzvü üçün təşkil olunmuş əlverişli fürsətdən məmnun qaldıqlarını bildirdilər. Sonda qonaqlar nahar süfrəsinə dəvət olundular. Seminar-tanıtım proqramı xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatdırıldı, görüş xatirə şəkillərinə həkk olundu. Qonaqlar FAB BOYA əməkdaşlarına öz təşəkkürlərini və xoş arzularını bildirərək, şirkətdən ayrıldlılar.Biz də öz növbəmizdə, FAB BOYA şirkəti olaraq, ADİU-nun tələbə və əməkdaş heyətinə şəxsi həyatlarında, təhsillərində və işlərində müvəffəqiyyətlər arzulayırıq. Gələcəkdə bir daha görüşmək ümidilə...





 


Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet