Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
İLİN KEYFİYYƏTLİ BOYA İSTEHSALÇISI - FAB BOYA | FAB BOYA

az ru en

Xəbərlər


27/12/2014

İLİN KEYFİYYƏTLİ BOYA İSTEHSALÇISI - FAB BOYA

 2014-cü ilin yekunlarına görə 10 dekabr 2014-cü ildə "Jumeirah Bilgah Beach Hotel”-də "Consulting & Business” jurnalının təşkilati dəstəyi ilə  "İLİN ŞİRKƏTİ” Milli Mükafatının 9-cu təltifetmə mərasimi keçirildi.

  Azərbaycan iqtisadiyyatının və milli biznesin müxtəlif sahələrində fəaliyyət göstərən 27 laureat son bir ildə əldə etdikləri nailiyyətlərə görə bu yüksək mükafata layiq görüldü. Laureatlar arasında iri maliyyə institutları və sənaye şirkətləri ilə yanaşı, öz fəaliyyətində böyük uğurlar qazanmış telekommunikasiya və tikinti şirkətləri, pərakəndə ticarət şəbəkələri, avtomobil idxalçıları, ölkənin tanınmış iri və orta sahibkarlıq müəssisələri, həmçinin media-strukturlar da var.

   "FAB Boya və Kimya SənayesiMMC növbəti dəfə "İLİN KEYFİYYƏTLİ BOYA İSTEHSALÇISInominasiyasında ”İLİN ŞİRKƏTİ” mükafatına layiq görüldü. Bu isə təsadüfi deyildir. "FAB Boya” keyfiyyətli məhsul istehsalına görə, müasir keyfiyyətə nəzarət laboratoriyalarına, müəssisəmizdəki mükəmməl şəkildə qurulmuş idarəetmə sisteminə, şirkətin öz əməkdaşlarını və müştərilərini yüksək dəyərləndirdiyinə, ildən-ilə yeni texnologiyaların tətbiqinə, yeni çeşidlərin təqdim edilməsinə görə Azərbaycanda öndə gedən şirkətlər sırasındadır. Şirkətimizin bu il bazarda apardığı aktiv reklam siyasəti və yeni istehsal sahələrinə investisiya yatırımları təqdirəlayiqdir. 

  "FAB Boya” şirkəti adından təltifetmə mərasimində iştirak edən OMİD topdan və pərakəndə satış mərkəzinin müdiri Namiq Müslümov çıxış edərək, "FAB Boya”- nın uğurunu yüksək dəyərləndirdiklərinə görə mükafatın təşkilatçılarına öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, "FAB Boya” bundan sonra da əldə etdiyi nailiyyətləri və qazandığı uğur zirvəsini qoruyub saxlayacaq və ölkə iqtisadiyyatının inkişafı yolunda daha uca zirvələri fəth edəcəkdir.

Ətraflı mətbuat bülletenimizdə...






Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet