"Təmiz Binəqədi" layihəsi çərçivəsində ağacəkmə aksiyaları

Məlum olduğu kimi, 8 dekabr 2012-ci ildə Avropa Olimpiya Komitəsi Baş Assambleyasında ilk Avropa oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bu möhtəşəm tədbirlə əlaqədar olaraq Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti "Təmiz Binəqədi” adlı layihəsinə start verdi. Sözsüz ki, "FAB Boya və Kimya Sənayesi” MMC bu layihədən kənarda qala bilməzdi. Bununla bağlı şirkətimiz 13 və 24 dekabr 2014-cü il tarixlərində rayonun 28 May qəsəbəsi ərazisində yaşıllaşdırma aksiyalarını həyata keçirdi. Tədbirə Binəqədi rayonİcra Hakimiyyəti başçısının müavinləri də dəvət olunmuşdur. Qonaqlar "FAB Boya”-nın əməkdaşlarına dəstək olaraq həvəslə ağacəkmə prosesinə qoşuldular. İki növ şam ağaclarının əkilməsini nəzərdə tutan bu tədbirlərdə ümumilikdə mindən çox şam ağacı əkilmiş və torpağa quş yuvaları basdırılmışdır.
Ətraflı - mətbuat bülletenlərimizdə...