az ru en

Tədbirlər


26/05/2022

FAB FUTBOL ÇEMPİONATI 2022 başa çatdı

    26.05.2022- ci il tarixində "FAB” Şirkətlər Qrupunun qurucusu Səfər Əliyevin xatirəsinə həsr olunmuş dördüncü daxili "FAB futbol çempionatı 2022”nin final oyunu və mükafatlandırılma mərasimi keçirilib. "OMİD 1” və "Beyaz Alçı” komandaları birincilik uğrunda mübarizə aparıblar. Həlledici oyunda "OMİD 1” 5:0 hesabı ilə qələbə qazanıb.

    Final qarşılaşmasından sonra mükafatların təqdimetmə mərasimi başlayıb. I,II və III yerə çıxmış komandalar meydançaya dəvət edilib və onlara medallar təqdim olunub. Oyunları yüksək dərəcədə idarə etdiklərinə görə "AFFA” Hakim Komitəsinin üzvləri diplomlarla təltifləndiriliblər. "OMİD 1” komandasının oyunçusu Oruc Quliyev "Ən yaxşı hücumçu”, "FAB Baş ofis” komandasının qapıçısı Cavanşir Nurməmmədli isə "Ən yaxşı qapıçı” nominasiyasında mükafata layiq görülüblər. Daha sonra "FAB futbol çempionatı 2022”nin kuboku meydançaya gətirilib. "FAB” Şirkətlər Qrupunun təsisçisi Müşfiq Əliyev "FAB futbol çempionatı 2022”nin kubokunu "OMİD 1” komandasına təqdim edib. Tədbir konsert proqramı ilə başa çatıb.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet