"FAB FUTBOL ÇEMPİONATI 2022" çərçivəsində daha iki oyun keçirilib

Mayın 11-də "FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Səfər Əliyevin xatirəsinə həsr olunmuş dördüncü daxili "FAB futbol çempionatı 2022” çərçivəsində yaşıl meydanda daha iki oyun keçirilib. İlk qarşılaşma "FAB Distribusiya 1” və "FAB Distribusiya 3” komandaları arasında baş tutub. Matç "FAB Distribusiya 1”in xeyrinə yekunlaşıb. Hesab 12:1 Daha sonra "OMİD 3” və "OMİD 4” komandaları qarşı-qarşıya gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "FAB futbol çempionatı 2022”nin qalibi adı uğrunda, ümumilikdə 12 komanda mübarizə aparır. Çempionatın finalı 26.05.2022-ci il tarixində olacaq.