Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
"Regional İnkişaf" İctimai Birliyinin könüllüləri "FAB Boya"nın qonağı oldular | FAB BOYA

az ru en

Tədbirlər


22/03/2023

"Regional İnkişaf" İctimai Birliyinin könüllüləri "FAB Boya"nın qonağı oldular

      16.02.2021- ci il tarixində "Regionl İnkişaf” İctimai Birliyinin Bakı şəhəri üzrə könüllüləri "FAB Boya və Kimya Sənayesi”MMC-də oldular. Şirkətimizin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov qonaqlara şirkətin fəaliyyət istiqamətləri, brendləri, imic və kommunikasiya vasitələri haqqında geniş məlumat verdi. Ekskursiyanın ikinci mərhələsində könüllülər "FAB” brendinin istehsal sahələrini, keyfiyyətə nəzarət laboratoriyalarını yaxından izlədilər. Onlara istehsalat prosesi, tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verildi, suallar cavablandırıldı.

    Zavod və fabriklərlə tanışlıqdan sonra "FAB Akademiyası”nın konfrans zalında "FAB Boya” şirkəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. RİİB könüllüləri gəzinti ilə bağlı təəssüratlarını bölüşdülər. Sonda "FAB Boya” adından ekskursiya iştirakçılarına simvolik hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet