az ru en

Tədbirlər


12/07/2020

"FAB PAYIZIN RƏNGLƏRİ İLƏ" adlı foto-müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi

    14.12.2019-cu il tarixində "FAB Boya və Kimya Sənayesi” MMC-nin təşkil etdiyi "FAB PAYIZIN RƏNGLƏRİ İLƏ” adlı foto müsabiqənin mükafatlandırma mərasimi keçirildi. Tədbirin planına əsasən iştirakçılar əvvəlcə şirkətimizin istehsal sahələri ilə tanış edildilər. Daha sonra FAB Akademiyasının konfrans zalında mükafatlandırma mərasiminə başlanıldı. Şirkətimiz haqqında hazırlanan videomaterialın nümayişindən sonra müsabiqə haqqında geniş məlumat verildi. Bildirildi ki, yarışma üçün foto qəbuluna 26.10.2019-cu il tarixindən start verilib. Son foto qəbulu isə 01.12.2019-cu il tarixində olub. Müsabiqəyə ümumilikdə 78 nəfər iştirakçı 200-dən çox foto ilə qatılıb. Dekabrın 7-də qaliblərin son seçim mərhələsi keçirilib. Münsiflər heyətində Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, qrafikaçı rəssam Rüstəm Məmmədov, tanınmış fotoqraf Ramin Aslanov, şirkətimizin Marketinq Departamentinin rəhbəri Anar İsmayılov və qrafik dizayner Elşən Abdullayev iştirak ediblər. Təqdim olunan şəkillər arasından 3 ən yaxşı foto seçilib. 10 nəfər iştirakçının göndərdiyi fotonun isə həvəsləndirici yerlər üzrə mükafatlandırılması qərara alınıb.

    Daha sonra "FAB Boya və Kimya Sənayesi” MMC-nin Baş Direktoru Kənan Məhərrəmov çıxış edərək "FAB Boya” şirkəti tərəfindən bacarıqlı, istedadlı şəxslərin üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərinin nümayişinə şərait yaratmaq məqsədilə müntəzəm olaraq müxtəlif səpkili layihələr həyata keçirildiyini vurğuladı. Çıxışlardan sonra mükafatlar təqdim olundu. İlk 3 yerə və həvəsləndirici yerlərə layiq görülən iştirakçılara pul mükafatı və dəyərli hədiyyələr verildi.

I yer- Nicat Ehtibaroğlu- 500 AZN

II yer- Həsənova Günel Mahmud qızı-300 AZN

III yer- Məmmədov Kamran Şahid oğlu-200 AZN

Həvəsləndirici yerlər:

1. Ağayev Pərvin Ayaz oğlu- 50 AZN

2. Cabbarlı Azər Fərrux oğlu-50 AZN

3. Əmirxanov Samir İlham oğlu-50 AZN

4. Hüseynov Sərxan Elxan oğlu-50 AZN

5. Müzəffərova Xəyalə Vidadi qızı-50 AZN

6. Qurbanov Zahid Ramiz oğlu-50 AZN

7. Rəhimli Rəhim Ağahüseyn oğlu- 50 AZN

8. Ağayeva Rəna-50 AZN

9. Məmmədov Ruslan-50 AZN

10. Şıxbabayev Təbriz Şamil oğlu-50 AZN

Qeyd edək ki, yarışmaya qatılan bütün iştirakçılara hədiyyələr təqdim olundu. Mükafatlandırma mərasiminin ardınca qonaqlar nahar yeməyinə dəvət edildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet