"FAB Boya və Kimya Sənayesi" MMC xeyriyyə aksiyalarını davam etdirir

"FAB Boya və Kimya Sənayesi”
MMC xeyriyyə aksiyalarını davam etdirir. 29.08.2019- cu il tarixində "Təmiz Dünya” Qadınlara Yardım
İctimai Birliyinin nəzdindəki sığınacağın sakinlərinə, Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin Abşeron və Binəqədi Rayon Bölmələrinin üzvlərinə, ümumilikdə 400-ə
yaxın ailəyə ət məhsulu paylanılıb. Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan xeyriyyə aksiyalarında göstərdiyi
dəstəyə görə "FAB Boya və Kimya Sənayesi” MMC-nin Baş Direktoru Kənan Məhərrəmovu
"Təşəkkürnamə” ilə təltif edib.