"FAB BOYA" f/k "GILAN KUBOKU 2019"da ½ finala vəsiqə qazanıb

Gilan Kuboku 2019 mini futbol turniri çərçivəsində
növbəti oyun keçirilib. 14.07.2019- cu il tarixində yaşıl meydanda "FAB Boya” və
"Avrora” futbol komandaları qarşılaşıb. Komandamız taktiki cəhətdən yaxşı oyun
nümayiş etdirib. Güclü müdafiə və hücum xəttinə sahib "FAB Boya” f/k-sı qol
şanslarını əldən buraxmayıb. Matçın ikinci hissəsində vaxtında edilən ötürmə
komandamızın meydanı qalib kimi tərk etməsi ilə nəticələnib. Oyun 3:2 hesabı ilə
"FAB Boya” f/k –nın xeyrinə başa çatıb. FAB Boya ailəsi olaraq ½ finala vəsiqə qazanan komandamızı təbrik edir,
növbəti qarşılaşmalarda da yaxşı nəticələr
əldə etməyi arzulayırıq.