"FAB BOYA" f/k "GİLAN KUBOKU 2019"da növbəti qələbəsini qazanıb

06.07.2019 -cu il
tarixində Gilan Kuboku 2019 mini futbol turnirində növbəti qarşılaşma"FAB Boya”
və "ASAN Xidmət” komandaları arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən
oyunda "FAB Boya” f/k 5:1 hesabı ilə rəqib komanda üzərində qələbə qazanıb.
Bununla da komandamız növbəti mərhələyə vəsiqə əldə edib. Bu münasibətlə "FAB
Boya” f/k-nı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Qeyd edək ki, "28 may
Respublika Günü” münasibətilə təşkil olunan Gilan Kuboku 2019 futbol turniri
iyul ayının sonunda yekunlaşacaq. Turnirdə ilk 3 yeri tutan komanda və oyun məharəti
ilə seçilən iştirakçılar xüsusi mükafatlarla təltifləndiriləcəklər.