FAB III Daxili Futbol Çempionatı başa çatdı

25.06.2019-cu il tarixində "FAB Boya və Kimya Sənayesi
MMC”nin təsisçisi SƏFƏR ƏLİYEVİN xatirəsinə həsr olunmuş üçüncü daxili futbol
çempionatının son oyunu və bağlanış mərasimi keçirilib.
Final matçı "HİLL FAN” və "BƏYAZ ALÇI” komandaları
arasında baş tutdu. Komandalar meydançaya dəvət olundu. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildikdən və sülhün,əmin-amanlığın rəmzi
sayılan göyərçinlər səmaya buraxıldıqdan sonra oyuna start verildi. Çempionatın
qalibi adı uğrunda gedən gərgin mübarizədə 3-2 hesabı ilə "HİLL FAN” komandası
qələbə qazandı. Final matçının ardınca mükafatlandırma mərasiminə başlanıldı.
I,II və III yerə çıxmış komandalar meydançaya dəvət olundular. Qalib komandalara medallar təqdim edildi. Oyunları yüksək
dərəcədə idarə etdiklərinə görə beynəlxalq dərəcəli hakim Anar Salmanov təşəkkürnamə,
Fərid Hacıyev, Tural Kurbanov, Rəhman İmami isə diplomlarla təltifləndirildilər.
Oyunçulardan Oruc Quliyev "Ən yaxşı hücumçu”, Tərlan Vəlizadə isə "Ən yaxşı
qapıçı” nominasiyasında mükafatlandırıldılar. Daha sonra meydançaya gətirilən
kubok "FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Müşfiq Əliyev tərəfindən
qalib komandaya təqdim edildi. Tədbir konsert proqramı ilə başa çatdı.