"FAB Boya" Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə ərzaq yardımı edib

Cəmiyyət qarşısında sosial məsuliyyətini dərk edən
"FAB Boya və Kimya Sənayesi” MMC xeyriyyə aksiyalarını davam etdirir. Şirkət Ramazan
bayramı ərəfəsində aztəminatlı ailələrə ərzaq yardımı göstərib. 22.05.2019- ci
il tarixində "Təmiz Dünya” Qadınlara
Yardım İctimai Birliyinin nəzdindəki sığınacağın sakinlərinə, Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Abşeron və Binəqədi Rayon Bölmələrinin üzvlərinə, ümumilikdə
400-ə yaxın ailəyə ət məhsulu paylanılıb.