az ru en

Tədbirlər


12/07/2020

"FAB Boya" "ADA" Universitetində keçirilən 7-ci Karyera həftəsində iştirak edib

28.02.2019 tarixində "FAB Boya və Kimya Sənayesi” MMC "ADA” Universitetinin Karyera mərkəzinin təşəbbüsü ilə  "İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən 7-ci Karyera həftəsində iştirak edib. Yüzlərlə tələbənin qatıldığı tədbirdə şirkətimizin İnsan Resursları Depatamenti ilə  İctimaiyyətlə Əlaqələr, Reklam Departamentinin əməkdaşları  işə qəbul prosedurları, həyata keçirilməsi planlaşdırılan təcrübə proqramları barədə sərgi iştirakçılarını məlumatlandırıblar. Tələbələrə müxtəlif departamentlər üzrə aktiv vakansiyalar təklif edilib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.

"FAB Boya və Kimya Sənayesi”MMC-nin "Kayera həftəsi”ndə iştirakının əsas məqsədi perspektivli kadrların işlə təmininə şərait yaratmaq, gənclərin düzgün karyera seçiminə dəstək olmaqdır.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet