az ru en

Tədbirlər


04/08/2021

"ASAN Könüllüləri" Təşkilatı Şirkətimizin qonağı oldu

  22.04.2017-ci il tarixində "ASAN Könüllüləri" Təşkilatının bir qrup könüllü üzvü, "ASAN Könüllüləri" Təşkilatının 1 saylı Bakı "ASAN xidmət" Mərkəzi üzrə nümayəndəsi Kamran Beydullayev "FAB BOYA və Kimya Sənayesi" MMC-nin qonağı oldular.

  Qonaqlar şirkətimizin istehsal, həmçinin hazır məhsulun laboratoriya sınaqlarından keçirilməsi və depolanması prosesləri ilə yaxından tanış oldular. Gənclərin maraq dolu sualları cavablandırıldı.`

  Sonda qonaqlara simvolik hədiyyələr təqdim olundu.

Şirkətimiz adından gənc qonaqlarımıza şəxsi həyatlarında və işgüzar fəaliyyətlərində uğurlar arzulayırıq.

Xatırladaq ki, "ASAN xidmət”də fəaliyyət göstərmiş 1000-dən çox könüllü arasında sıx əlaqələrin yaradılması zərurətini anlayaraq bir qrup könüllü gənc tərəfindən yaradılan qeyri-hökumət təşkilatıdır.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet