az ru en

Tədbirlər


04/08/2021

Tanınmış yazıçı, jurnalist Varis Yolçuyev qonağımız oldu

12.04.2017-ci il tarixində yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycanın "Qızıl Kəlmə" Ali Ədəbiyyat mükafatı, 2016-cı il Beynəlxalq Moskva Ədəbiyyat Mükafatı və ədəbiyyat üzrə bir çox digər nüfuzlu beynəlxalq mükafatlar laureatı Varis Yolçuyev "FAB BOYA və Kimya Sənayesi" MMC-nin qonağı oldu.

Məlumat üçün əlavə etməliyik ki, Varis Yolçuyevin Azərbaycanda 10, Türkiyədə 3, Rusiyada 2, Kanadada 1 Özbəkistanda 2 kitabı çıxmışdır. Hörmətli yazarın kitabları Böyük Britaniyanın Birmingem Universiteti Kitabxanası, Almaniyanın "Halle Martin Lüter" Universiteti Kitabxanası və Moskva Maksim Qorki adına Kitabxanasının fondlarına daxil edilmişdir.

Şirkətimizin Baş direktoru Kənan Məhərrəmov hörmətli qonağı FAB BOYA-nın istehsal sahələri, keyfiyyətə nəzarət laboratoriyaları və yeni məhsul çeşidləri ilə yaxından tanış etdi.

Varis Yolçuyevə şirkətimiz adından şəxsi həyatında uğurlar arzulayır, hörmətli qonağa yeni-yeni yaradıcılıq nailiyyətləri diləyirik.



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet