az ru en

Tədbirlər


04/08/2021

Şirkətimiz ASAN Məktub Layihəsində

  18 mart 2017-ci ildə Qəbələ ASAN Xidmət mərkəzində ASAN Könüllüləri Təşkilatının təşəbbüsü,"FAB Boya və Kimya Sənayesi" MMC və Bakcell şirkəti, həmçinin Gilan Holdinqin birgə dəstəyi ilə "ASAN Məktub” layihəsinin 2 yaşı ilə bağlı tədbir keçirilmişdir.

  "ASAN Məktub” layihəsinin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır. Sosial statusundan, yaşından asılı olmayaraq bütün insanları mənəvi bir bağ ətrafında birləşdirən, "Sevinc paylaşdıqca çoxalır” prinsipinə əsaslanan "ASAN Məktub” layihəsi bu işdə bir vasitəçi rolu oynayaraq arzu və xəyalları gerçəkləşdirir.
  Hər zaman xeyirxağlıq və yardımsevərliyi ilə secilən FAB Boya və Kimya Sənayesi MMC Qəbələ rayonundan olan 37 uşağın istək məktubunu reallaşdırdı. Tədbir çərcivəsində Novruz Bayramı şənliyi də təşkil edildı. Şən atmosfer, bol əyləncə, Novruz Tonqalı ətrafında uşaqlarla yallı şənliyə xüsusi əhval-ruhiyyə qatmışdır. Tədbirin sonunda bayramın simvolu olan Kosa və Keçəl uşaqlara hədiyyələr təqdim etmişlər. Xatırladaq ki, 2 il ərzində "asanmektub.az” saytına 1262 uşağın məktubu daxil olub və onlardan 1210 istək məktubu reallaşdırılıb.




 




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet