az ru en

Tədbirlər


04/08/2021

Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavini Fabrikimizdə

  3 fevral 2017 ci il tarixində Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsar İsmayılov, Şöbə müdiri Yəhya Əliyev, Aparıcı məsləhətçi Məhəmməd Bağıyev "Fab Boya və Kimya Sənayesi MMC”- nin rəhbərliyi və işçi kollektivi ilə görüş keçirdiblər. Fab Boyaları Şirkətinin təsisçisi Anar Əliyev və Baş direktor Kənan Məhərrəmov qonaqları ilk öncə şirkətin istehsalat prosesi və yenilikləri ilə tanış etdilər.

İcra Hakimiyyəti Başçısının müavini Vüsar İsmayılov Fab Boyaları şirkətinin əməkdaşları ilə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi. Eyni zamanda o da qeyd olundu ki, görülən bu işlər nəticəsində qeyri-neft sektorunun çəkisi və rolu son illərdə daha da artıb, yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər müasir sənaye sahələri yaradılıb.Səmimi keçən görüşdən sonra icra başcısının müavini V.İsmayılov fabrikdə yaradılmış şəraitdən və istehal prosesindən razılığını bildirdi, kollektivimizə uğurlar arzuladı.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet