az ru en

Tədbirlər


27/06/2014

Şirkətimiz "2014-cü il Sənaye İli" sərgisində iştirak etdi

2014-cü il iyun ayının 27-si "Sənaye İli” elan olunması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Binəqədi Sahibkarları İctimai Birliyi" tərəfindən rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan müxtəlif təyinatlı məhsulların sərgisi keçirildi.

Binəqədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan sərgidə rayon ictimaiyyətindən 1000-ə yaxın şəxs iştirak etdi.
Tədbirin əvvəlində Prezident İlham Əliyevin "Sənaye İli” barədə fikirləri səsləndirildi.
Sərgidə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və "Binəqədi Sahibkarları” İctimai Birliyinin sədri Yusif Ağayev iştirak etdilər.
Bu sərgidə 70-ə yaxın sahibkar iştirak etdi. Bunlardan 22-si sənaye, 9-u qida müəssisəsi idi.
Sərgidə "FAB Boya”-nın istehsalı olan hər növ sintetik və su əsaslı boya məhsulları, kafel və metlax yapışdırıcıları, PVA əsaslı yapışdırıcılar, dərz dolğu materialları və sairə bu kimi məhsullar nümayiş olundu.

Ətraflı mətbuat bülletenlərimizdə...

 








Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet