"FAB Boya"da növbəti seminar keçirildi

24.09.2018- ci il tarixində "FAB Boya və Kimya Sənayesi”
MMC-də növbəti seminar keçirilib.Təlimdə şirkətimizin bir qrup satış təmsilçisi iştirak
edib. "FAB Boya və Kimya Sənayesi”MMC-nin
təsisçisi Anar Əliyev yerli müştəri psixologiyasına uyğun satış metodlarının
araşdırılması, sektorda hakim qalma üsulları, daimi müştəri sayının
çoxaldılması, müasir satış metodları, individual yanaşmanın üstünlükləri
haqqında məlumatlar verib. Peşəkar satış mütəxəssisi kimi formalaşmanın sirlərinə
dair biliklərini seminar iştirakçıları ilə bölüşüb.