"FAB Boya"da növbəti seminar keçirilir

26.06.2018-ci il tarixindən etibarən "FAB Boya və
Kimya Sənayesi” MMC-də yeni proqram təminatı, istehsal prosesinin və idarəetmənin
yenidən qurulması ilə bağlı seminar keçirilir. Seminarda şirkətin satış, satınalma
və istehsal bölmələrinin əməkdaşları iştirak edirlər. Dərslər çərçivəsində tətbiq
olunacaq proqramın iş mexanizmi, texniki və unikal imkanları haqqında məlumatlar
veriləcək. Seminar iyul ayının axırınadək davam edəcək.