S.Streltsov və J.Wang "FAB Boya"da məlumatlandırıcı seminar keçiblər

13.06.2018- ci il tarixində "Yangquan Zhongjia
Abrasives CO.,LTD”nin nümayəndələri "FAB Boya və Kimya Sənayesi” MMC-də məlumatlandırıcı
seminar keçiblər.Şirkətin Rusiya üzrə hissədarı Sergey Streltsov və ixracat
müdiri Jeffery Wang satınalma bölməsinin əməkdaşlarına məhsulların tanıtım
metodları haqqında məlumatlar veriblər.
Çinin məşhur şirkətlərindən sayılan "Yangquan
Zhongjia Abrasives CO.,LTD”nin əsası 1993-cü ildə qoyulub. İlk vaxtlar Shenzhen Sollit Abrasives Technology Development
Co., Ltd adı ilə fəaliyyət göstərib. Şirkət kəsici disklərin istehsalı ilə məşğuldur
və bu sahədə ən son texnologiyaya, keyfiyyətə nəzarət sisteminə,təcrübəyə
sahibdir.
"Yangquan Zhongjia Abrasives CO.,LTD” ISO 9001:
2000 Keyfiyyət Sertifikatı və Alman MPA Məhsul Təhlükəsizliyi Sertifikatlarına
layiq görülüb.