"FAB Akademiyası"-nın növbəti layihəsi

2014-cü ilin əvvəlində "FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində "FAB Akademiyası” fəaliyyətə başlamışdır. Burada, artıq bir neçə maraqlı layihə həyata keçirilməkdədir. Bunlardan biri də 2014-cü ilin sentyabr ayında start götürmüş, "FAB Boya və Kimya Sənayesi” MMC-nin idxal etdiyi, dünyanın ən məşhur şirkətlərinin istehsalı olan istilik sistemlərinin quraşdırılması, işə salınması və istismarına dair təlim-seminar proqramıdır. Proqramın iştirakçıları, əsasən, respublikamızın müxtəlif bölgələrindən: Ağsu, Ağcabədi, Şəki, Astara, Xaçmaz, Kürdəmir, Sabirabad, Lənkəran rayonları, eləcə də, Gəncə şəhərindən olan, santexnika və istilik sistemləri üzrə ixtisaslaşmış, kifayət qədər təcrübəyə malik ustalar oldu. Layihənin təşkilatçıları seminar iştirakçılarına Almaniyanın "BOSCH” şirkətinin istehsalı olan istilik sistemləri, kombi sistemləri haqqında ətraflı məlumat verdilər.
"BOSCH” şirkətinin istehsalı olan istilik sistemlərini istənilən FAB və OMİD Topdan və Pərakəndə satış mağazalarından əldə etmək mümkündür. Bu sistemlərin texniki xidmətini BOSCH Kombi Servis həyata keçirir.
Ətraflı mətbuat bülletenlərimizdə...